Türkiyə ilə Rumıniya arasında 6 müqavilə imzalanıb | Banco.az

Türkiyə ilə Rumıniya arasında 6 müqavilə imzalanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Prezident Rəcəb Tayyib Ərdoğan və Rumıniyanın baş naziri Marsel Çiolakunun iştirakı ilə iki ölkə arasında 6 müqavilə imzalanıb.

Banco.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə rəsmi səfərdə olan Rumıniyanın Baş naziri Çiolaku ilə Prezident iqamətgahında görüş keçirib.

"Ardıcıl 2 ildir ki, qarşılıqlı ticarət dövriyyəmiz 10 milyard dolları ötüb. Hədəfimiz 15 milyard dollara çatmaqdır", deyə Ərdoğan bildirib.

Rumıniyanın Baş naziri Marsel Çiolaku isə prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edib.

Onun sözlərinə görə, iki ölkə arasında 2011-ci ildə “strateji tərəfdaşlıq” qurulub və bu gün də özlüyündə Türkiyə ilə Rumıniya münasibətləri üçün əhəmiyyət kəsb edir.

Ən sərfəli kredit üçün müraciət et

“Çünki biz Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasını rəsmiləşdirməklə əslində Rumıniya ilə Türkiyə arasında ilk birgə hökumət iclasını keçirdik. Bu, irəliyə doğru atılmış böyük addımdır”, deyə Baş nazir bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et