Tətil sonrası işə adaptasiya olmağın 8 üsulu | Banco.az

Tətil sonrası işə adaptasiya olmağın 8 üsulu

Bir illik gərgin iş rejiminin verdiyi yorğunçuluğu, bir neçə həftəlik tətil günləri ilə yox eləmək mümkündür. 

Dəniz... Günəş... Sərin içkilər... Qayğısız bir neçə həftə..

Amma hər şeyin bir sonu var...

Sizi yenidən o masa, və tapşırıqlar gözləyir. Bu məqalədə tətildən sonra işinizə yenidən adaptasiya olmağınız bir sıra məsləhətlər verəcəyəm. Buyurun tanış olun:

1) E-maillərinizə yoxlayıb, lazımsızları silin: Yəni, məktub qutunuza baxdıqda yalnız və yalnız mütləq baxılması lazım olan, həll edilməsi lazım olan işləri saxlayan e-mailleriniz qalsın. Qalanını tamamilə silin. Nə qədər az e-mail varsa, o qədər sürətli adaptasiya olarsınız işinizə.

2) Lazımsız Hər şeydən qaçının: 1 və ya 2 həftədir işdə yoxsunuz. Siz olmayanda təbii ki, çox şey olub və dəyişib. Şirkətin sürətinə yenidən yetişə bilmək üçün lazımsız hər şeydən qaçının. Lazımsız yığıncaqlara qatılmayın, lazımsız telefonlara cavab verməyin, lüzumsuz layihələrə daxil olmayın. Yalnız və yalnız geridə qaldığınız qismi tamamlamaq üçün çalışın, diqqətinizi toplayın və fokuslanın.

3) Özünüzə "Ediləcəklər" siyahısı hazırlayın: Bu bütün işləri həll edə bilməyiniz üçün daha asan və sürətli yoldur. Görəcəyiniz hər işi yazın və əhəmiyyətlilik sırasına görə sıralayın.

4) Bir Bazar Gününüzü Fəda Edin: Bu çox insan tərəfindən "şəxsi həyatımdan oğurlayıb iş həyatıma verə bilmərəm!" kimi bir reaksiyayla qarşılansa da əslində uzun məzuniyyət sonrası aradakı fərqi bağlamağın ən təmiz və sürətli yoludur. Kimsə yox ikən ofisdə olmaq, bütün mailləri təmizləmək, işləri sıralamaq və planlaşdırmaq Bazar ertəsi gününə rahat və planlı bir başlanğıc etməyinizə kömək olacaq.

Ən sərfəli kredit üçün müraciət et

5) Son Gün Yaxşı dincəlin: İşdən bir əvvəlki gün erkən yatmaqda fayda var. Adətən 6 saat yatırsınızsa özünüzə bir yaxşılıq edin və 8 saat yatın. Son gün yorucu işlər görməyin, gəzməyin, əylənməyin. Son günü özünüzə ayırın, rahatca kitab oxuyaraq, tezdən yataraq və dincələrək keçirin.

6) Komandanızdan kömək istəyin: Rəhbərsinizsə işlərinizi kiməsə həvalə edin və komandanıza işlər tapşırın. Əgər komandanız yoxdursa və işçi qismindəsinizsə iş yoldaşlarınızdan kömək istəyə bilərsiniz. Onlar da vaxtı gələndə sizdən kömək istəyəcəklər.

7) İşləri qaydasına salana qədər Ofisə erkən gedin: İş saatından 1 saat əvvəl kompüteri açmaq gözəl bir duyğudur. Ofisdə kimsə yox ikən o 1 saatı yaxşı dəyərləndirsəniz, aradakı fərqi çox asan bağlaya bilər, işləri çox sürətlə qaydasına sala bilərsiniz.

8) Xatirələrinizi İş yoldaşlarınız və rəhbərlərinizlə bölüşün: İşə qayıdan kimi işə gömülmək və hər şeyi toplayıb çalışmaq bəzən sizi sıxa bilər və iş zəhərlənməsi yaşaya bilərsiniz. Ona görə də, işləri qaydasına salmağa çalışarkən arada istirahət edib maraqlı xatirələrinizi dostları ilə bölüşməyə çalışın. Bu sizi rahatlaşdıracaq.

Günel Abduraxmanova / [email protected]