Tesla Model 3, Avropada satış rəqəmiylə rəqiblərini geridə qoydu | Banco.az

Tesla Model 3, Avropada satış rəqəmiylə rəqiblərini geridə qoydu

Orta sinif istehlakçı üçün istehsal edilən və kompakt avtomobil sinifində iştirak edən Tesla Model 3, mart ayında Avropada 15 755 ədəd satıldı. Bu satış rəqəmləriylə Mercedes C və BMW 3 ilə birlikdə Audi A4'ü də geridə buraxmağı bacardı.

Teslanın şirkət içindəki bəzi problemlər səbəbiylə Avropa bazarına çıxarmaqda gecikdiyi Model 3, gözlənilənin üstündə satış rəqəmlərinə çatdı. Gecikmədən ötəri yığılan sifarişlərlə birlikdə vasitə, Avropada mart ayı içində ümumi 15 755 ədəd satıldı. Bu sayədə Mercedes C, Audi A4 və BMW 3  kimi benzinlə işləyən ən böyük rəqiblərinin önünə keçdi.

Tamamilə elektrikli bir vasitə olan Model 3, Norveç, İsveçrə və Hollandiya kimi ölkələrdə bazarın  29%-ni əhatə etdi.

Ən sərfəli kredit üçün müraciət et

Model 3 hələki Avropanın hər bölgəsi üçün  satışa təqdim edilməyib. Avtomobilin gələcək ay elektrik avtomobillərinin əsas bazarlarından biri olan Böyük Britaniyada satışa çıxarılması gözlənilir.

Model 3ün bu qədər tələb görməsi, Teslanın digər modellərinə olan marağı azaltdı. Model S'in Avropadakı satışları bu istiqamətdə 72% nisbətində eniş yaşadı. Teslanın SUV sinifindəki vasitəsi Model X isə 52%  nisbətində eniş yaşayaraq 874 ədəd satıldı.

Pərvanə Aslanova, Banco.az