Müasir təqvimin yaranma tarixi hər kəsə bəllidir.
İlk olaraq İsa Məsihin doğum tarixindən başlayaraq vaxtın hesablanması və təqvimin də məhz bu zaman yarandığını güman etmək olar. Lakin bu fərziyyə əsassız qəbul edilir.
Çünki İsa Məsihin bizim eradan əvvəl sıfır və ya birinci ildə doğulduğunu düşünsək belə vaxtın məhz o zamandan hesablanması qəribə haldır. Nəzərə alsaq ki, İsa Məsihin doğum tarixi haqqında məlumat yalnız volxlara məlum idi, bu vəziyyət daha da, inanılmaz bir hal alır.
Əgər tarixə nəzər salsaq, hal-hazırda bizim istifadə etdiyimiz təqvim ilə müasir vaxtın hesablanma sisteminə başlanması arasında 500 ildən artıq fərq olduğunu görə bilərik.
Bizim eradan əvvəl (b.e.ə.) 45-ci ildə Yuliy Sezar, Misir ellinlərinin astronomik mədəniyyəti əsasında tərtib edilən köhnə roma təqvimini yeniləyib, istifadəyə vermişdir. O zamanlarda illər rəqəmlərlə ifadə edilmirdi. Tarix həmin illərdə hakimiyyətdə olan konsulların şərəfinə adlandırılırdı.
Bizim eradan əvvəl 16-cı ildə konsul adları ilə yanaşı illərin Romanın əsasını qoyulması (b.e.ə. 753) ilə başlayan hesablanma tarixindən istifadə edilməsi, qərarı qəbul edilir.
Təqvim Yuliy Sezarın şərəfinə “Yulian təqvimi” kimi qeyd olunur və müasir dövrdə istifadə etdiyimiz təqvimdən demək olar ki, fərqlənmirdi. Yulian təqvimi; 12 aya bölünür, hər dörd ildən üçü 365 gün, 4 cü isə 366 gündən ibarət idi. Ayların adı və günlərin sayı belə eyni olsa da, müasir təqvimdən fərqli olaraq bir gün ixtisar edilirdi. Məhz bu fərq sayəsində ilin orta davamlılığını astronomik ilə bənzətmək mümkün olurdu.
Ay adlarının qədim roma məddəniyyəti və tarixi ilə bağlılığı məlum olduğu halda, müasir təqvim mənası nədir?
Yanvar (lat. Jānuārius mēnsis “Yanus ayı”) – bu ay adını iki simalı Roma Allahı Yanusun şərəfinə alıb və “ilə keçid” mənasını verir.
Fevral (lat. Februārius mēnsis “təmizləyici ay”) – latın mənşəli Februa “təmizlik bayramı” öz adının mənasını etrus Yeraltı Allah olan Februusadan götürüb. Qədim Roma ay təqviminə görə ay bədirlənməsi zamanı Luperkaliy bayramına təsadüf edən təmizlənmə ayinləri (februa, februare, februum) Februusun şərəfinə keçirilirdi.
Mart (lat. Mārtius mēnsis – “Mars ayı”) – qədim Roma müharibə Allahı olan Marsın şərəfinə adlandırılıb.
Aprel –bu ayın adının bir neçə mənası olduğu güman edilir:
· Latın feili olan aperire – açmaq sözündən götürüldüyü bə İtaliyada yaz fəslinin bu ay başlandığı bildirilir (Təbiət oyanır, güllər açır, ağaclar bar verir);
· Latın sözü olan apricus – günəş ilə qızdırılan;
· Aphrilis – yunan ilahəsi Afroditanın şərəfinə (Aphros) adlandırılaraq, Roma Venerasına aid edilirdi. Məhz Veneranın ayı olaraq aprel seçilmişdir.
May (lat. mensis Majus – “Maya ilahəsinin ayı”) Məhsuldarlıq ilahəsi olan roma ilahəsi Bona Dea ( Yaxşı İlahə) ilə bir hesab edilən yunan ilahəsi Mayanın şərəfinə verilmişdir. İlahə Mayanın bayramı məhz bu ay keçirilirdi.
İyun (lat. Junius — « Yunonanın ayı”) güman edilir ki, Yupiterin arvadı olan ilahə Yunonanın adından götürülüb.
İyul (lat. Julius – “Yulinin ayı”) – təqvimi tərtib edən və bu ayda dünyaya gələn Yuli Sezarın şərəfinə adlandırılıb.
Avqust (lat. Augustus – “Avqust ayı”) – Oktavian Avqustun şərəfinə, xeyli sonra, imperatorun hakimiyyəti dövründə onun üçün xoşbəxt sayılan ayda verilib.
Sentyabr ayından başlayaraq dekabr ayı da öz adlarını, qədim Roma təqvimində müvafiq ayı göstərən latın saylarından alıblar. Maraqlısı budur ki, yulian təqvimindən fərqli olaraq bu adlar iki ay geri say mənasını verir. Sentyabr ayı müasir təqvimdə 9-cu ay olsa da, biz onu adlandırarkən “yeddinci” mənasını verən qədim latın sözündən istifadə edirik. Dekabr daxil olmaqla son dörd ayın adı, Yulian təqvimindən götürüldüyü zaman sürüşdürülməyə yol verilib.
Müasir tarixə gəldikdə isə illərin hesablanması Roma abbatı Kiçik Dionisiy tərəfindən təqribi olaraq təyin edilən İsa Məsihin doğum tarixindən başlayaraq hesablanıb, bütün dünyaya yayılmışdır. Rusiyada birinci Pyotr-un hakimiyyəti dövrü 1700-cü ildən etibarən vaxtın hesablanması sistemindən istifadə edilirdi.