Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin 1 fevral tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 62.1 milyon manat təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-ci eyni dövrü ilə müqayisədə isə 14.1 milyon manat (29,4%) çoxdur.
Xatırladaq ki, 2023-ci ilin ilk ayında banklar 48 milyon manatlıq depozit faizləri ödəyiblər.
Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 86.4 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!