Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir gətirilib.
Məlumata görə, nazirin yeni müşaviri Mustafa Abbasbəyli yanvarın 21-dən öz vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov faktı təsdiqləyib.
Xatırladaq ki, 1980-ci il təvəllüdlü Mustafa Abbasbəyli 2003-2018-ci illərdə Standard İnsurance, Standard İnsurance Georgia, Toyota Azərbaycan, Caspian European Club, Beyli Group kimi şirkət və qurumlarda rəhbər vəzifələrdə çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur. 50-dən artıq elmi əsərin, o cümlədən 2 kitabın müəllifidir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, eyni zamanda Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür. Azərbaycan Dövlət İqtisad Universitetin İqtisadiyyat və İdarəetmə kafedrasında müəllimdir.
Report.az