Bugün nəinki elm dünyası həmdə bütün dünya dahi bir şəxsiyyəti itrdi. Belə ki, bugün 76 yaşında məşhur alim Stephen Hawking vəfat etdi. Elə isə onun həyatı haqqında sizin də bilmədiyiniz ən maraqlı 10 faktı təqdim edək.
Bu da maraqlı ola bilər: Stephen Hawking haqqında hər şey!
- Stephen Hawking 8 Yanvar 1942-ci ildə Oksfordda dünyaya gəlmişdi. Qalileo Qalileyinölümündən düz 300 il sonra. 21 yaşında Hawking-ə amiotrofik skleroz diaqnozu qoyulmuşdu. Həkimlər ona bir neçə il yaşaya biləcəyini söyləmişdilər.
- Məktəbdə Stephen orta səviyyədə oxusa da riyaziyyatda yaxşı nəticələr əldə edirdi və bundan əlavə olaraq kimya ilə maraqlanırdı. 9 yaşında olanda onun dərslər üzrə qiymətləri sinifdəki ən bərbad qiymətlər idi. Buna baxmayaraq müəllimlər onun dahiliyinə inanırdılar. Buna görə də məktəbdə o, “Eynşteyn” ləqəbinə layiq görülmüşdü.
- Onun atası istəyirdi ki, Stephen tibb ilə məşğul oslun. Lakin Stephen-in biologiyaya həvəsi yox idi. O, biologiyanı həddindən artıq dəqiq olmayan bir elm kimi hesab edirdi. Nəticədə o, Oksfordda hissəciklərin nəzəriyyəsi və kosmologiya ilə məşğul olmağa başladı. Belə ki, bu sahələr insanlar tərəfindən az öyrənilmiş və böyük imkanlar vədd verirdi.
- Kral cəmiyyətinin görüşündə Stephen birdən məşhur astrofizik Fred Hoyle-un mühazirəsini dayandırmışdır. O bunu Fred-in səhv etdiyini söyləmək üçün etmişdi. Onun bu səhvi necə tapdığını ondan soruşduqda isə o belə cavab vermişdi: “Sadəcə olaraq mən bütün bunları başımda hesabladım”.
- 1970-ci illərdə Stephen öz əsas kəşflərini etmiş və bəlkə də kosmologiyaya ən vacib töhfəni vermişdi: Hawking şüalanmalarının kəşfi (qara dəliklər enerji ifraz edir və həmin enerji bitənə qədər bu proses davam edir).
- 1980-ci illərdə Stephen professor James Hartle ilə birlikdə zaman və məkanda sərhədlərinin olmadığı kainat modelini təqdim etmişdi. Həmin kainat konsepsiyası həmçinin Stephen-in “A Brief History of Time” kitabında da əks olunmuşdu. Həmin kitab bütün dünya üzrə 25 milyonluq tirajla satılmışdır. Stephen kainatı Yer kürəsinə bənzədirdi. Belə ki, Yer kürəsinin hansı nöqtəsinə gedirsən get onun kənarı yoxdur. Lakin planet yalnız ikiölçülü fəzada, kainat isə dördölçülü fəzada mövcuddur.
- 1985-ci ildə Stphen pnevmaniya xəstəliyinə tutuldu. Onun vəziyyəti o dərəcədə ağır idi ki, həkimlər onun, həyatı dəstəkləyən aparat ilə əlaqəsini dayandırmaq istəyirdilər. Onun həyat yoldaşı olmuş Jane bu fikirdən imtina etmişdi. Nəticədə Stephen-in həyatını qurtarmaq üçün onun üzərində traxeotomiya əməliyyatı aparılmışdı. Bu əməliyyat nəticəsində o, danışa bilmək qabiliyyətini itirdi və həmin vaxtdan insanlarla səs sintezatoru vasitəsilə ünsiyyət saxlamağa başladı.
- Stephen elm dünyasının pop-ulduzu hesab olunurdu. Müxtəlif vaxtlarda o, “Simpsons”, “Star Trek”, “Big Bang Theory” kimi layihələrdə iştirak etmişdi.
- Baxmayaraq ki, Stephen çoxlu sayda nüfuzlu elmi və ictimai mükafatlara sahibdir, o sağ ikən Nobel mükafatını ala bilmədi. Oksfordda 30 il ərzində o, İsaak Nyuton-un çalışdığı kafedrada çalışdı.
Technote.az