Startapınızın inkişafı üçün 15 faydalı tövsiyə | Banco.az

Startapınızın inkişafı üçün 15 faydalı tövsiyə

Budur sizin qızıldan qiymətli startap elə bir ana çatıb ki, onu növbəti mərhələyə aparmaq lazımdır. Bəs siz şirkətinizin hansı qaydada böyüməli olduğu haqqında düşünmüsünüzmü? Burada hər bir oxuyucuya aydın olacaq 15 prinsip toplanıb, onlar sizə qərarvermə anında yardım edəcək.

Əksər hallarda yeni şirkət təsis edərkən iş adamları o qədər yeni informasiya qəbul edir və bacarıq mənimsəməli olur ki, bu xaosun içində asanlıqla baş itirmək olar. Şirkətin miqyaslarını böyütməkdən isə danışmağa dəyməz, bu məsuliyyəti birə-beş artırır. Amma bundan sonra o elə də böyük problem deyil və startapı yeni bazarlara və dövriyyələrə çıxartmaq getdikcə asanlaşacaq.

Bu 15 prinsip uğurlu startap və kompaniyaların fəaliyyətinin təhlili nəticəsində ərsəyə gəllib.

15 prinsipdən ən azı 10-u Airbnb, Uber və hətta SpaceX kimi şirkətlər tərəfindənn tətbiq edilir. Onlar qarşıdan gələn ildə də öz aktuallığını itirməyəcək.

  1. Layiqli təsisçilər seçin. Bundan əlavə komandanıza ən bacarıqlı, ən fərqli tərəfləri olan mütəxəssislər cəlb edin.
  2. Tez işə düşün, tez öyrənin, tez hərəkət edin.
  3. Öz ideyanızın inkişaf etməyinə əngəl olmayın.
    Ən sərfəli kredit üçün müraciət et

    li>
  4. Öz istifadəçilərinizin prioritetlərindən baş çıxartmağa çalışın. Onlardan hər biri sizin məhsulun evanqilisti ola bilər.
  5. Qoy istifadəçilər sizi sevsin.
  6. Qoy sizin müştərilərə dəstək xidməti sözün əsl mənasında yararlı olsun – bu aspektdə siz özünüzdən böyük şirkətləri gerçəkdən qabaqlaya bilərsiniz.
  7. Siz etdiyiniz işləri kontrol edirsiniz
  8. Xərcləri azaldın, yadda saxlayın ki, pul ya hər şeyə qadirdir, ya da çox az şeyə.
  9. Heç nə fikrinizi yayındırmasın.
  10. Ruhdan düşməyin, özünüzə, öz komandanıza və uzaqgörənliyinizə, hər şeyə rəğmən inanın.
  11. Yolunuzdakı əngəllər – uğura nail olmaq üçün zəruri şərtlərdir.
  12. Sövdələr pozula və müqavilələr əldən çıxa bilər – yenə cəhd edin və inadkarlıqdan vaz keçməyin.
  13. Sosial şəbəkələrdən istifadə edin – bunsuz alınmaz.
  14. Mümkün qədər bacarıqlı və açıq proqramçılar komandası toplayın. 
  15. İrəliyə doğru getməyə davam edin.