Kamran Bağırov hal-hazırda "Standard Insurance"ın İdarə Heyətinin Sədridir. O, 2012-ci ildən "Standard İnsurance"da çalışır.
Bağırov Kamran Oqtay oğlu 1980 - ci ildə Bakı şəhərində doğulmuşdur.
Təhsili:
- Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində magistratura təhsili alıb.
- Cİİ (Chartered İnsurance İnstitute, UK) diplomuna malikdir. Azərbaycan, rus və inglis dillərini bilir.
- İngiltərənin “Warwick Business School” məktəbindən isə MBA dərəcəsini alıb.
Peşəkar Təcrübəsi:
- 2006-2007 illərdə "Kapital Təkrarsığorta" şirkətinin Moskva nümayəndəliyində Məsuliyyət Sığortası departamentinin direktoru, Biznesin İnkişafı Meneceri vəzifələrində çalışıb.
- 2007-2008 illərdə "Atəşgah Sığorta" şirkətində baş menecerin müavini,
- 2008-2010 illərdə "AXA MBASK" sığorta şirkətində satış üzrə baş mütəxəssis və İdarə Heyətinin üzvü olub.
- 2010-2012 illərdə "Alfa Sığorta" şirkətində Sığorta departamentinin direktoru, İdarə Heyətinin üzvü vəzifələrində olub.
- 2012-2016 illərdə "Standard İnsurance"ın İdarə Heyətinin vitse prezidenti,
- 2016-cı ilin noyabrından “Standard Isnurance” Sığorta Şirkətində İdarə Heyətinin Sədridir.