S&P Azərbaycanda inflyasiya səviyyəsinin yüksələcəyini proqnozlaşdırır | Banco.az

S&P Azərbaycanda inflyasiya səviyyəsinin yüksələcəyini proqnozlaşdırır

"Standard & Poor's" reytinq agentliyi Azərbaycanda inflyasiyanın illik əsasda sürətlənəcəyini proqnozlaşdırır. S&P agentliyinin ölkə reytinqinin qiymətləndirilməsi üzrə hesabatına əsasən, istehlak qiymətləri indeksində (İQİ) 2014-cü ildə 3%, 2015-ci ildə isə 4% həddində artım qeydə alınacaq. 2016-cı ildə inflyasiya sürətlənərək 5%-ə, 2017-ci ildə isə 6%-ə çatacaq.

Bundan əlavə, Prezident İlham Əliyev 2014-cü il ərzində inflyasiyanın 2% həddində saxlanılması barədə göstəriş verib və hökumət də hələ ki, bu vəzifənin öhdəsindən gəlir.

Ən sərfəli kredit üçün müraciət et

Agentlik 1 avqust tarixində Azərbaycanın suveren kredit reytinqini "ВВВ-/А-3" səviyyəsində reytinq üzrə "Sabit" proqnozla təsdiqləyib.

Sevinc İbadova/Banco.az