Əvvəllər mütəxəssislər PlayStation 5-in adi oyun konsollarının son nəslinə çevriləcəyini düşünürdülər, çünki GeForce Now kimi xidmətlər onların populyarlığını "öldürməli idi".
Ancaq Yaponiyadan gələn son məlumatlara görə, Sony PS 5-dən sonra konsol istehsal etməyə davam edəcək.
Şirkət PS 6, PS 7, PS 8, PS 9 və PS 10 ticarət markalarını qeydə alıb.
Konsolların satışa buraxılmasının ənənəvi dövrünü nəzərə alsaq (hər 6-7 ildən bir yeni nəsil çıxır), PS 10 2050-ci ildə satışa çıxarılacaq.
Burada nəzərə almaq lazımdır ki, şirkət ticarət markalarını təzə qeydiyyatdan keçirib və bu, Sony-nin heç də hamısını istifadə edəcəyi anlamına gəlmir.
Ted.az