2017-ci ilin sentyabrında Adindex.ru digital xidmətlərə dair 987 müştərinin öz podratçıları ilə olan əlaqələrini analiz edib.
Sorğunun iştirakçıları 15 seqment üzrə işləyən şirkətlərin zəif tərəflərindən, icraçılarla əməkdaşlıq vaxtı yaranan əsas çətinlikləri göstəriblər.
Konseptin bəsitliyi
SMM və PR sektorunda şirkətlərin ən zəif cəhəti konseptin yaranması zamanı yaranır. Sifarişçilər zəif kopiraytinq xidmətinin olmasını, bacarıqsız məzmunun hazırlaması, mətinlərin hazırlığında səliqəsizlik, dəqiq tərcümə qaydalarına riayət edilməməsi, yanlış linklərin yerləşdirilməsi, qrammatik və texniki səhvlərin olmasını göstərirlər.
Postlar adi və auditoriyanı cəlb etməyən tərzdə hazırlanır. Sosial platformalarda yazılan şərhlərə, ya SMM menecerlər gec görür, ya da diqqətdən yayınır.
Bəsit məzmun sadəcə kontentin yaradılması zamanı deyil, eyni zamanda vizual və dizayn kontentin hazırlanması zamanı da meydana gəlir. İcraçılar brendin sosial platformalarda olan kanallarını vahid stilə gətirə bilmirlər, müştərilərin vəzifə və problemləri, hədəf auditoriyanın cəlb edilməsi metodlarında boşluqlar var.
Yaradıcı qərarlar çox vaxt bəsit alınır. Yaradıcı konseptli postların hazırlanması zamanı yeni trendlərdən istifadə edilmir. İstifadə edilən mexanikalarda dəyişilməzlik müşahidə olunur. Bu isə auditoriyanın xüsusiyyətlərinə cavab vermir. Bəzən olur ki, düzgün yaradıcı qərarlar verilir, amma bu brendin hədəf kütləsi və markanın dəyərlərinə cavab vermir.
Əməkdaşların bacarıqsızlığı
Təcrübənin az olmasından dolayı problemin düzgün və çevik qarşıya qoyulmaması da problemlərdən biri olub. Bu bacarıqsızlik təkcə strategiyanın hazırlanması zamanı görünmür. Belə ki, SMM menecerlər marka və məhsulun prioritetlərindən xəbərsiz olurlar, hədəf auditoriyası ilə işləməkdə çətinlik çəkirlər.
Bəzi təşkilatlar sosial media təqdimat vasitələrindən və bir sıra rəqəmsal marketinq xidmətlərini təmin etmək qabiliyyətindən xəbərsizdirlər.
Reklam və PR şirkətlərin düzgün idarəedilməməsi
Şikayətlərin bir qismi isə reklam və PR şirkətlərinin daxildən düzgün təşkilatlanmaması, idarəedilmə səviyyəsinin aşağı olmasından yaranıb.
Sifarişçi və icraçı arasında lazımsız əngəllər olur. Daxili səlahiyyətlərin yoxluğu isə tez-tez nizamsızlq təəssüratı yaradır. Əməkdaşların üzərinə həddindən artıq məsuliyyət yüklənir. Onları əvəz edən insanlar da yoxdur.
Kommunikasiya kanalları düzgün qurulmayıb. Zəng etmək çətindir, ünsiyyət yalnız e-mail üzərindən aparıla bilər. Təcili və çətin sualların cavabı isə gecikir. Layihə üzərində çalışan əməkdaşlar dəyişə bilir. Məzmunun dəyişdirilməsi zamanı şirkətlər çevik şəkildə işi yenidən təşkil etməkdə çətinliklər çəkirlər. Əməkdaşlarda elastiklik çatmır, şirkət daixlində həddindən ziyadə bürokratik əngəllər var.
Yüksək qiymətlər
Bu sektorun xidmətlərindən narazılıqlardan biri də yüksək qiymətlərdir. Qiymətləndirmə mərhələsində şirkətlər elastiklik göstərmək istəmir, qiymətlərin müəyyən edilməsi zamanı qeyri-şəffaflığa yol verilir. İcranın keyfiyyətinin aşağı olması belə yüksək qiymətlərə uyğun gəlmir. Anket iştirakçıları bahalı qiymətlərin aşağı ilə əvəzlənməsində aşağı keyfiyyətli işin verilməsi, kontentin bəsitliyi və s. ilə izah ediblər.
Facemark.az