Müəllif: Gülnar Əhmədli, Banco.az
Artıq smart saatlar telefonlar kimi gündəlik həyatda əvəzolunmaz yerə gəlib. Bir çox insan klassik saatlar yerinə telefonlarına uyğun gələn smart saatlara üstünlük verir.
Təqdim etdikləri imkanlar və rahatlıqlar sayəsində smart saatların istifadəsi kifayət qədər yüksəkdir. Bəzi insanlar dizaynına görə smart saatlara üstünlük verərkən, bəziləri isə təklif etdiyi imkanlara görə smart saatlardan istifadə edir. Smart saatlar xüsusiyyətlərinə görə fərqlənsə də, ümumiyyətlə, sağlamlığınıza nəzarət etməyə imkan verir. Bir çox insanlar bu səbəbdən smart saatlardan istifadə etməyi üstün tuturlar.
Bəs smart saat alarkən nələrə diqqət etməliyik?
Telefona uyğun olub-olmamasına diqqət etməlisiniz
Bəzi ağıllı saatlar "iPhone" telefonları ilə, digərləri isə "Android" cihazları ilə işləyə bilir. Ağıllı saatınızın düzgün işləməsi üçün onun telefonunuza uyğun olduğundan əmin olmalısınız.
Ekran seçiminə diqqət yetirilməlidir
Ağıllı saatların müxtəlif ekran növləri ola bilər. Bəzi smart saatlar LCD və ya AMOLED ekranlardan istifadə edə bilər. Almaq istədiyiniz ağıllı saat modellərini araşdırarkən bu xüsusiyyətə də diqqət yetirməlisiniz.
Sensor ekran xüsusiyyəti
İndi bir çox texnoloji cihazlarda sensor ekran seçimləri var. Bu xüsusiyyət smart saatlarda da mövcuddur. Brendlər bu cür xüsusiyyətləri müxtəlif yollarla təklif edə bilər. Rahat istifadə edə biləcəyiniz modeli seçmək sizə daha çox rahatlıq təmin edəcək.
Batareyanın ömrünə diqqət yetirin
Bütün gün aktiv işləyən smart saatların bir müddət sonra doldurulması lazım olacaq. Bu baxımdan batareyası uzun müddət davam edə biləcək məhsullara və ya modellərə üstünlük verilməlidir.
Düzgün rəng seçimi edin
Bu saatlar hər gün bizimlə olduğu üçün daha çox istifadə etdiyiniz rənglərə önəm vermək lazımdır. Misal üçün telefonunuza uyğun rəng seçmək qəribə görünüş yaratmayacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!