Skandinaviya dövlət sektorunda işləyənlərin sayına görə liderdir | Banco.az

Skandinaviya dövlət sektorunda işləyənlərin sayına görə liderdir

Hansı ölkədə dövlət sektorunda çalışan əmək qüvvəsinin sayı daha böyükdür? İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “ Government at a Glance 2017” (hökumətlərə qısa nəzər) hesabatına əsasən,  dövlət sektorunda çalışan işçi qüvvəsini müəyyən edən amillərin sayı bir neçədir – onların həyata keçirdiyi fəaliyyət növü və onu ictimaiyyətə təqdim olunma üsulu, yəni xidmətlərin çatdırılma yolu. Bu isə o deməkdir ki, bəzi ölkələrdə dövlət sektoruna daha çox güvənirlər. OECD_nin hesabatına əsasn dünyada puplik sektorda çalışanların sayına görə lider regiondur. Asiyada isə bu pay daha kiçikdir.

Banco.az hesabata istinadən xəbər verir ki, 2015-ci ildə Norveçdə cəmi işçi qüvvəsinin 30%-I dövlət tərəfindən işlə təmin olunub Danimarka siyahıda 29,1%-lə ikinci olub. İsveç və Finlandiya da dövlət sektoru müvafiq olaraq, 28.6% və 24,9% göstərici ilə  böyük paya sahibdir. Atlantik okeanının digər tərəfində, publik sektor ABŞ əmək qüvvəsinin 15,3%-ni, Kanadanın isə 18,2%-ni əhatə edir. Asiya ölkələrində bu tendensiya daha azdır. Yəni dövlət sektoru əmək qüvvələrinin formalaşmasında daha az paya malikdir Cənubi Koreyada bu göstərici 7,6%, Yaponiyada isə bu rəqəm 5,9%-dir. 

Ən sərfəli kredit üçün müraciət et