Başa-baş nöqtəsi analizi xərclərlə gəlirlərin qarşılıqlı əlaqəsinin nəticəsidir. Bəzi xərclər varki onlar gəlirlər artdıqca artır, bəziləri isə dəyişmir. Bunları dəqiq bilmək vacibdir.
Dəyişkən Xərclər
Dəyişkən xərclər satışlar artdıqca artan, satışlar azaldıqca azalan xərclərdir.
Aşağıda göstərilən xərclər Yağ Dəyişmə LTD-nin dəyişən xərcləridir. Göstərilən xərclərin hərbiri avtomobilə yaxud yağ dəyişmə xidmətinə görə dəyişən xərclərdir:
Mator Yağı |
5 AZN |
Yağ filtiri |
3 AZN |
Gris |
0,50 AZN |
Təchizat, sursat |
0,20 AZN |
Təmizlik materialı |
0,30 AZN |
Toplam dəyişkən xərc |
9 AZN |
Yağ dəyişən LTD də digər xərclərin (Kirayə, istilik və.s) xidmət artdıqca dəyişməyən xərclərdir. Yəni əgər iki avtomobil yağ dəyişirsə 18 AZN, 10 avtomobil dəyişirsə 90 AZN,və ya 100 avtomobil dəyişirsə 900 AZN-dir Və.s
Sabit Xərclər
Yağ Dəyişmə LTD-də aşağıdakı göstərilən xərclər dəyişməyərək sabit olaraq qalır. Sabit Xərclər satışlar artdıqca artmır, eyni zamanda satışlar azaldıqca da azalmır. Başqa bir sözlə, kirayə xərcləri kimi bəzi xərclər satışın həcmindən asılı olmayaraq dəyişmir.
Əmək haqqı xərcləri |
1 200 AZN |
Kirayə xərcləri |
700 AZN |
Amortizasiya xərcləri |
500 AZN |
Toplam dəyişməyən xərclər |
2 400 AZN |
Qarışıq Xərclər
Bəzi xərclərin bir hissəsi dəyişən bir hissəsi isə sabitdir. Əsasən bunlar qarışıq və ya yarı-dəyişən xərclər adlanır. Dəyişən xərclər iki hissəyə ayrılır. Bunların içində dəyişən xərclər hissəsi dəyişən xərclərin içində, dəyişməyən hissəsi isə sabit xərclərin içində qeyd edilməlidir.
Mənbə: Nəriman Abbasov