Azərbaycanda avtomobillərin icbari sığortalanmamasına görə cərimələr kəskin artırılacaq. Bu, İnzibati Xətalar Məcəlləsində edilməsi gözlənilən dəyişikliklərdə nəzərdə tutulub. Milli Məclisə təqdim edilən qanun layihəsində avtomobillərin icbari sığortasının olmamasına görə həm fiziki şəxslər, həm də hüquqi şəxslərə görə cərimələrin artırılması təklif edilir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, avtomobilini sığortalamadığına görə, fiziki şəxslər 10 manat, vəzifəli şəxslər 60-80 manat, hüquqi şəxslər isə 150-200 manat həcmində cərimə edirlər.
İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişikliyə görə isə cərimələr fiziki şəxslər üçün 50 manata, vəzifəli şəxslər üçün 100 manata, hüquqi şəxslər üçün isə 300 manata qaldırılacaq.
Başqa sözlə, dəyişikliklərdən sonra fiziki şəxslər üçün cərimələr 5 dəfə, vəzifəli şəxslər üçün 25-70%, hüquqi şəxslər üçün isə təxminən 50-100% artırılacaq.
Mənbə: fins.az