Sığorta müqavilələrinin 3-də 2-si regionlar üzrə bağlanıb | Banco.az

Sığorta müqavilələrinin 3-də 2-si regionlar üzrə bağlanıb

Noyabr ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 12 049 müqavilə bağlanıb. İcbari Sığorta Bürosundan (İSB) verilən məlumata görə, bu müqavilələr üzrə 999 min 249 manat sığorta haqqı toplanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə  daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 2,71% azalma müşahidə edilib.

Sığortalanan əmlakın 78%-i evlərdir

İSB-nin məlumatına görə, daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 78,07%-i yaşayış evləri və mənzillər təşkil edir. Sığortalanan əmlakın 0,13%-i inzibati binalar, 21,80%-i digər daşınmaz əmlakdır.

Sığorta müqavilələrinin 3-də 2-si regionlar üzrə bağlanıb

İSB-nin məlumatlarına görə, icbari qaydada sığortalanmış mənzil və evlərin əksəriyəti Azərbaycanın bölgələrindədir. Bununla bağlı sığorta müqavilələrinin yalnız 29%-i Bakı şəhərinin payına düşür. Müqavilələrin sayına görə sonrakı yerləri Gəncə (4%), Şirvan (3%), İmişli (3%) və digər bölgələr tutur.

Ən sərfəli kredit üçün müraciət et

İlin əvvəlindən 14,7 milyon manat toplanıb

Ümumilikdə, İSB-nin məlumatına görə, 2014-cü ilin yanvar-noyabr ayları ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 142 343 sığorta müqaviləsi bağlanıb. Bu müqavilələr üzrə 14 mln. 745 min 842 manat sığorta haqqı toplanıb.

İcbari qaydada sığortalanmış yaşayış evləri və mənzillərin rayonlar üzrə bölgüsü aşağıdakı kimi olub:

fins.az