Bu ilin yanvar-iyun aylarında Azərbaycanda toplanılmış 491,605 milyon manat sığorta haqqının 397,122 milyon manatı və yaxud 80,8%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (206,649 milyon manat), "PAŞA Sığorta" (120,607 milyon manat), “Atəşgah Həyat Sığorta” (25,687 milyon manat), “Qala Sığorta” (24,906 milyon manat) və “Xalq Sığorta” (19,273 milyon manat) ASC-lərdir.
6 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (881 min manat), "Naxçıvan Sığorta" (1,228 milyon manat), “Atasığorta” (2,351 milyon manat), “Bakı Sığorta” (3,119 milyon manat) və “Günay Sığorta” (3,411 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 10,99 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,2%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 83,493 milyon manat (17%) təşkil edib.
Renkinq
Bizi sosial şəbəkələrdən izləyin!!