Sığorta bazarında internet marketinq alətləri tətbiq edilməlidir | Banco.az

Sığorta bazarında internet marketinq alətləri tətbiq edilməlidir

Sığorta bazarındakı cari vəziyyəti "Buta Sığorta" şirkətinin əməkdaşı Ceyhun Qubatov ilə müzakirə etdik. 

Hal-hazırda sığorta bazarında vəziyyət nə yerdədir? Avtomobil kreditlərə məhdudiyyətlərin tətbiqindən sonra sığorta bazarının kiçiləcəyi gözlənilirdi. Bu proqnozlar özlərini nə dərəcə də doğrultdu? 

Bü gün sığorta bazarı inkişafdadır. Hər bir inkişafda olduğu kimi bu inkişafa da,  ildən-ilə bu bazara yanaşmaların dəyişməsi və təkmilləşməsi səbəb olmuşdur. Buna misal olaraq icbari sığorta haqqında qanuna dəyişikliklərin edilməsini, şirkətlərin nizamnamə  kapitallarına olan tələbin  artırılmasını qeyd etmək olar.

İcbari sığorta qanunvericiliyindəki dəyişikliklər Azərbaycan insanını sığortadan daha məlumatlı etdi. Məlumatlı insanlar isə aydın məsələdir ki, daha tez bu məhsulu əldə etməyə başladı. Həmçinin dövlət nəzarətinin də güclənməsi bazarın inkişafını sürətləndirdi. Əvvəl bizim insanların böyük əksəriyyətinin sığortaya münasibəti pis idisə, inanmırdılarsa indi bu azalmışdır.

Çünki indi insanlar daha məlumatlıdır.  Bazarın cari vəziyyətinə gəldikdə isə  rəqəmlər bu sözləri deməyə əsas verir 2014-cü ilin  yanvar-iyun ayları üzrə ümumilikdə 200 milyon manatdan çox sığorta haqqı yığılıb.  Ötən ilin analoji dövrü ilə müqayisədə 7% artım baş vermişdir. Əlbəttə kreditdəki məhdudiyyətlər sığorta bazarına çox böyük təsirlər etdi. Bu proqnozlar özünü doğrultdu. Belə ki, bu məhdudiyyətlər avtomobil satışını azaltdı. Avtomobillərin əsas potensial sığorta obyekti olduğunu nəzərə alsaq deyə bilərik ki, sığorta bazarında da, azalma baş verdi. Belə olmasaydı biz bu gün 7% yox daha böyük artımdan danışardıq.

İndi bazarda hansı tendensiya və yeniliklər müşahidə olunur? Sığorta polislərinin kreditlə alınması və ya hissə-hissə ödənilməzi nə dərəcədə uğurlu alınır?

Qanunvericilikdəki dəyişikliklər bazarın həcmini artırdığından şirkətlər daha yaxşı xidmət göstərmək marağındadırlar.

Bu səbəbdən də, istər müştəriləri cəlb etmək üçün kompaniyalar, istərsə də, müştəri məmnunluğun artırılması baxımdan  şirkətlərin müştəri xidmətlərinin səviyyəsi və ödənişlər artmışdır. Ödənişlərin artımı ötən ilki dövrlə müqayisədə 12% artmışdır. 

Hazırkı vəziyyətdə şirkətlər arasında rəqabət daha güclüdür və bu günü-gündən artmaqdadır. 

Konkret avqust ayı haqqında danışarsaq əgər, indi elə bir şəraitdir ki, insanlar daha çox sığorta almağa meyillidirlər. Çünki, başqa aylarla müqayisədə  əksər insanların maddi durumları daha yaxşı olur.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin çox adam məzuniyyətdə olduğundan sığorta haqqında düşünməyə və qərar verməyə daha çox vaxtı olur.

Sığorta polislərinin kreditlə və yaxud hissə-hissə alınması imkanı isə  bu qərara daha çox təsir edir. Gələcəkdə icbari tibbi sığortanın tətbiq ediləcəyi və yaxın vaxtlarda səyahət sığortasının məcburi olmasını nəzərdə tutan turizm haqqında yeni qanun qəbulu şirkətlərin bazara və müştərilərə marağını daha çox artırmaqdadır. Hissəli ödənişlərlə bağlı isə şəxsi təcrübəmə əsasən onu deyə bilərəm ki, bu çox uğurlu alınır.

Bazarda hansı sığorta alətinin daha da təkmilləşdiməyə və tətbiq etməyə ehtiyac vardır?

Əslində bu sualın cavabı çox genişdir. Çox alətlərin tətbiqinə ehtiyac var. Amma mahiyyət ondan ibarətdir ki, bu alətlər bazarın inkişafına müsbət təsir etsin. Bazarın inkişafı Azərbaycan cəmiyyətinə fayda versin. Bu gün heç də, bütün potensial müştərilərin hamısı cəlb edilməmişdir.

Bu da həqiqətdir ki, bütün müştərilər heç də, tezliklə cəlb edilməyəcəkdir. Bu proses üçün vaxt lazımdır. Lakin daha çox müştəri cəlb edilməlidir.  Tətbiq ediləcək alətlər  hədəflədiyimiz auditoriyaya çatmağa imkan  verməlidir. Düşünürəm ki, sığorta marketinqi alətləri olmalıdır.

Mən daha çox internet marketinq alətlərinin tərəfdarıyam. Çünki, heç kəsdən  və heç nədən asılı olmadan ən dinamik inkişaf edən internet ən geniş imkanlar yaradır. Və çox böyük uğurlar vəd edir. Internet vasitəsi ilə potensial müştərilərə daha tez çatmaq olur. Elə veb səhifə yaratmaq olar ki, məhsul və satışdan sonrakı xidmətlə bağlı daha geniş məlumat versin. Heçkəsi yormasın. Təşviq etsin. Həyəcan yaratsın. Fayda versin.

İnsanlar müxtəlif bank məhsullarını internetlə alır, sifariş edib, kredit ödənişlərini gerçəkləşdirir, bəs sığorta şirkətləri müştərilərə hansı online xidmətlər təklif edə bilir

Bu gün sığorta şirkətləri müştərilərə daha yüksək səviyyəli xidmətlər göstərmək üçün online xidmətlər təklif edirlər. Həmçinin bunun inkişafına təsir edən daha bir faktor sığorta nəzarəti orqanının normativ sənədi oldu. Belə ki, Maliyyə Nazirliyi “Sığortaçıların rəsmi internet səhifəsi və elektron informasiya sistemi ilə bağlı minimum tələbləri” təsdiq elədi. Sığorta bazarında online satışa yönələn agentliklərin də, yaranması çox təqdirəlayiq bir haldır. Zənnimcə bütün bu dəyişiklik və tendensiyalar bazarın inkişafına çox müsbət təsirlər göstərəcəkdir. 

Təşəkkürlər.

Könül Soltanova, [email protected]