2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 28 sığorta şirkəti tərəfindən 356 milyon manat sığorta haqqı toplanıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 5,4 faiz (918,3 milyon manat) üstələyir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri (ASA) Orxan Bayramov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ilin sonunadək bazarın artımı 6-7 faiz səviyyəsində gözlənilir.
Şirkətlər hesabat dövründə təqribən 131,4 milyon manat sığorta ödənişi həyata keçiriblər ki, bu da ötən ilin yanvar-oktyabrın aylarının göstəricisindən 32,8 faiz (32,4 milyon manat) çoxdur.
Toplanmış hər 100 manat sığorta haqqı müqabilində 36,9 manat ödəniş həyata keçirilib. 2013-cü ilin yanvar-oktyabrında bu göstərici 29,3 manat olub.