Siğorta bazarı 14 milyard dolları keçib | Banco.az

Siğorta bazarı 14 milyard dolları keçib

Rusiyada siğorta bazarının yarımillik nəticələri açıqlanıb. 2014-cü ilin ilk yarısında Rusiyalı siğortaçıların yığımları 2013-cu ilin müvafiq dövrü ilə müqayisədə 8,2% artaraq 505,83 mlrd. rubl və ya 14 milyard dollar təşkil edib. Xəbərə görə, bu barədə Rusiya Bankına istinadən “İnterfaks-AİF” yazıb.
Bu dövrdə siğorta ödənişləri 10,7% artaraq 215,202 mlrd. rubla və ya 5,977 milyard dollara çatıb. İlk 6 ayın nəticələrinə görə, Rusiyada siğorta ödənişlərinin siğorta haqlarına nisbəti 42,5% olub, 1 il əvvəl bu göstərici 41,6% təşkil etmişdi.
Yığımlarda könüllü siğortanın payı 81,6% (412,854 mlrd. rubl), icbari siğortaların payı isə 18,4% (92,979 mlrd. rubl) təşkil edib. İlk yarım ildə könüllü siğorta növləri üzrə yığım 10,1%, icbari siğortalar üzrə isə 0,4% artıb.
Könüllü siğorta növləri üzrə ödənişlər 2013-ci ilin analoji dövrü ilə müqayisədə 10,2% artaraq 165,583 mlrd. rubl təşkil edib. İcbari sığorta növləri üzrə ödənişlər isə 2013-ci ilin birinci yarısı ilə müqayisədə 12,5% artaraq 49,349 mlrd. rubl təşkil edib.
Həyat siğortası üzrə yığımlar siğorta bazarının ümumi həcmində 9,4% təşkil edib. Belə ki, bu siğorta növü üzrə yığımlar 30,4% artaraq 47,44 mlrd. rubla çatıb. Ödənişlər isə,  2013-ci ilin analoji dövrü ilə müqayisədə 7,3% artaraq 5,804 mlrd. rubl təşkil edib.
Fərdi siğorta (həyat siğortasından başqa) üzrə yığım təxminən 26% artaraq 131,459 mlrd. rubl təşkil edib. Siğortanın bu növü üzrə ödənişlər isə 7,1% artaraq 52,275 mlrd. rubla çatıb.
Əmlak sığortası üzrə 40,6% artaraq 205,555 mlrd. rubla, tədiyə artımı - 5,7%. Ödənişlər 9,4% artaraq 103,265 mlrd. rubla çatıb.
Mülki məsuliyyətinin siğortası üzrə 3,4% artım olub- 17,437 mlrd. rubl, ödənişlər isə 28% artaraq 4,810 mlrd. rubla çatıb.
Sahibkarlıq və maliyyə risklərinin siğortası üzrə 2,2% artaraq 10,959 mlrd. rubla,  ödənişlər isə təxminən 2,5 dəfə artaraq 1,7 mlrd. rubla çatıb.
Bütün yığımların 13,3% -ni avtomaşınların icbari siğortasının payına düşüb. Bu növ üzrə yığımlar 7% artaraq 67,369 mlrd. rubl təşkil edib. Ödənişlər isə 10,6% artaraq 40,465 mlrd. rubla çatıb.
İcbari siğortanın qalan növlərinin payı isə 5,1% təşkil edib (26,61 mlrd. rubl).

Ən sərfəli kredit üçün müraciət et

Fins.az