Sıfırdan milyona addım | Banco.az

Sıfırdan milyona addım

İngiltərə mərkəzli Centre for Policy Studies təşkilatı, "Super Sahibkarlar: Sizin ölkənizdən necə çıxar?" başlığı ilə sıfırdan, hər hansı bir mirasa sahib olamadan, öz özlərinə milyarder olan şəxslərin xüsusiyyətlərini ortaya çıxardı. Araşdırmaya görə, super sahibkarlar olaraq göstərilən bu şəxslərdəki ən əhəmiyyətli xüsusiyyət təşəbbüskarlıq ruhudur. Buna əlavə olaraq, özünə inam, əzm, uğursuzluqla baş edə bilmə də öz-özünə milyarder olan insanlarda tez-tez rast gəlinən xüsusiyyətlərdir.

Araşdırma super sahibkar olmaq üçün isə həm də "bilik və təhsil"ində gərək olduğunu aşkar etdi. ABŞ-lı super sahibkarlardan sadəcə 16%-i yaxşı təhsil almayıb. Geri qalanı isə ölkənin ən yaxşı təhsil məktəblərindən məzun olub.

Ən sərfəli kredit üçün müraciət et

Tədqiqata görə dünyada sıfırdan milyarder olan 1000 adam var. Tədqiqat zamanı 1996 və 2010-cü illər arasında Forbes jurnalının ən zənginlər siyahısına girən qadın və kişi sahibkarlar araşdırıldı. Araşdırmaya görə informasiya, biotexnologiya, maliyyə və pərakəndə satış sahələri milyarderlərin əksəriyyətlə görüldüyü sahələrdir.

Super sahibkarların çox olduğu yer Hong Kongdur. İkinci sırada İsrail, üçüncü sırada isə ABŞ iştirak edir. Bu ölkələri İsveçrə və Sinqapur izləyir.

Günel Abduraxmanova / Banco.az