Səyahət sığortası bizə nə vəd edir? | Banco.az

Səyahət sığortası bizə nə vəd edir?

İstirahəti mənalı keçirmək, il ərzində yığılan yorğunluğu tam çıxartmaq, mənfi enerjidən azad olmaq, səfəri maraqlı keçirmək hər birimizin  səfər qabağı xəyallarında canlandırdığı bir arzudur. Bu zaman biz ilk növbədə təhlükəsizliyimiz haqda da düşünməliyik. Təəssüf ki, çoxdan gözlədiyiniz istirahət sizin qəfil xəstəliyinizlə və ya aldığınız zədə ilə əhvalınızı tamamilə poza bilər. Bu isə bir neçə gün xəstəxanada qalmaq və göstərilən tibbi xidmətlərə və dərmanlara görə böyük məbləğdə hesab deməkdir.

Elə həmin anda sizə əvvəlcədən əldə etdiyiniz sığorta şəhadətnaməniz gərək olacaq.

Bu sığorta növü sığortalanmış şəxsin Azərbaycan Respublikası sərhələrindən kənarda baş vermiş bədbəxt hadisələr və ya qəfil xəstəliklər nəticəsində yaranmış xərclərə təminat verir. Bəs bu zaman sığortalılar hansı xərclərdən azad olur?

  • Tibbi xərclər: əməliyyatların, diaqnostik müayinələrin həyata keçirilməsi xərcləri, o cümlədən həkim tərəfindən təyin edilmiş tibbi preparatlara çəkilmiş xərclər də daxil olmaqla, stasionarda qalma və həkim xidmətləri, sarğı materiallarına və fiksasiya vasitələrinə (gips, bandaj) çəkilmiş xərclər də olmaqla ,ambulator müalicə xərcləri
  • Tibbi daşınma xərcləri- hadisə yerindən yaxın məsafədə yerləşən tibb müəssəsinə və ya bilavasitə yaxınlıqda yerləşən həkimin yanına evakuasiya olunma xərcləri
  • Daşınma xərcləri: sığorta olunanın stasionar müalicədə olması zərurətini yaradan sığorta hadisəsi nəticəsində Sığorta olunan vaxtında, yəni Sığorta olunanın əlində olan gediş-gəliş sənədində göstərilən tarixdə qayıda bilmirsə, onun daimi yaşadığı yerə getmə xərcləri
  • Ölümdən sonrakı repatriasiya xərcləri: əgər ölüm sığorta hadisəsi nəticəsində baş veribsə, sığorta olunanın (ölümdən sonra) daimi yaşadığı yerə, haqqında servis mərkəzi tərəfindən sanksiya verilmiş repatriasiya xərcləri
  • Yardımın təşkilinə dair servis mərkəzinin xərclərinin ödənilməsi
  • Sığorta olunan şəxsin başına gələn sığorta hadisəsi nəticəsində başsız qalmış uşaqların (16 yaşınadək) onlara daimi yaşadığı ölkəyə ekonom klass nəqliyyatla birtərəfli gedişi və lazım olan hallarda Sığortaçı uşaqlar üçün müşayiətçi təşkil edir və onun da xərclərini ödəyir.

Qeyd edək ki,  Tibbi xərclər ya bilavasitə tibb müəssisəsinə ödənilir və yaxud , sığorta olunan tərəfindən ödənildiyi təqdirdə, asistans mərkəzi ilə öncədən razılaşdırılma şərtilə birbaşa müştərinin özünə qaytarılır.

Ən sərfəli kredit üçün müraciət et

Sığorta müqaviləsini bağlamaq üçün aşağıdakılar tələb olunur:

  1. Müraciət formasını doldurmaq
  2. Xarici pasportu təqdim etmək

Sığorta təminatına həmçinin aşağıdakılar da daxildir;

  • Fərdi qəza sığortası
  • Xaricə səfər zamanı baqajin sığortası
  • Səfərin ləğv edilməsinin və ya tarixinin dəyişdirilməsinin sığortası
  • Hava nəqliyyatı vasitəsinin reysinin ləngiməsi sığortası
  • Xarici pasportun və  nəqliyyat sənədlərinin itirilməsi sığortası

Həmçinin bəzi sığorta şirkətləri bəzən, səyahəti sığorta etmə proqramları da həyata keçirirlər. Məsələn:

A zonası – MDB ölkələri, Əlcəzair, Bəhreyn, Misir, İsrail, Hindistan, İordaniya, İran, Yəmən, Qətər, Çin, Küveyt, Livan, Liviya, Mərakeş, Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya, Tunis, Türkiyə.

B zonası – Avropa ölkələri, İsveçrə, Norveç, Lixtenşteyn, Andorra, Monako, Karib dənizi adaları, Avstraliya, Yeni Zelandiya, Sinqapur və Yaponiyadan başqa bütün dünya.

C zonası – ABŞ, Kanada, Karib dənizi adaları, Avstraliya, Yeni Zelandiya, Sinqapur və Yaponiyadan başqa bütün dünya.

D proqramı – Bütün dünya.

Səyahət sığortasına dar və geniş təminat paketləri daxildir. Dar təminat paketinə daxil olan təminatlar yuxarıda göstərilib. Gəlin indi, geniş təminat paketinin tərkibi ilə tanış olaq.

  • Lazımi dərmanların çatdırılması
  • Ziyarətci nəqli
  • Ziyarətçinin qalma xərcləri
  • Sığortalının yanında olan uşaqlarının daimi yaşayış yerinə qaytarılması.
  • Xəstəxanadan evə yazıldıqdan sonra mehmanxanada qalmaq xərcləri.
  • Müalicədən sonra daimi yaşayış yerinə qayıdışın təşkili
  • Sığortalının vəfatı halında ailə üzvlərinin daimi yaşayış yerinə qaytarılması
  • Sığortalının daimi yaşayış yerinə gözlənilməyən qayıdışı (1-ci dərəcəli qohumunun vəfatı halında)
  • Sığortalının qohumunun sağlamlıq vəziyyətinin izlənməsi
  • Təcili məlumatların çatdırılması
  • İnzibati yarİtmiş baqajın tapıb çatdırılması