Şengen vizası üçün tariflərin artırılması bu gündən etibarən başlayıb | Banco.az

Şengen vizası üçün tariflərin artırılması bu gündən etibarən başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Şengen vizası üçün tariflərin artırılması qaydası bu gündən etibarən tətbiq olunmağa başlayıb.

Banco.az xəbər verir ki, yeni qaydaya əsasən, Şengen vizası rüsumları 12 faiz artaraq 90 avroya çatıb.

6-12 yaşlı uşaqlar üçün isə viza rüsumu 40 avrodan 45 avroya yüksəldilib.

Bununla yanaşı, Aİ-də qeyri-müntəzəm qalan vətəndaşlarının readmissiyası ilə bağlı əməkdaşlıq etməyən ölkələrin vətəndaşları 135 və ya 180 avro viza rüsumu ödəyəcəklər.

Şengen vizasının müddətinin uzadılması rüsumu isə 30 avro səviyyəsində sabit qalacaq.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, viza rüsumları 2020-ci ildə 60 avrodan 80 avroya qaldırılmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et