Sənaye sahələrinin futbol formalarına çəkdiyi xərclər - ARAŞDIRMA | Banco.az

Sənaye sahələrinin futbol formalarına çəkdiyi xərclər - ARAŞDIRMA

İdman insanları həm fiziki, həm də mənəvi cəhətdən yüksəldən bir vasitədir. Kimiləri idmana hobbi kimi, kimisi isə peşə olaraq baxır. Fərqli idman növlərinin olduğunu nəzərə alaraq bunlar arasında ən çox sevilən futbol oyunlarıdır. Hər il dünyanın hər yerində futbol üzrə çempionatlar keçirilir. Futbol oyunlarını izləyənlərin çox olması şirkətlərin bu sahədə sponsorluq etməsinə əsas yaradır. Şirkətlər özlərini daha çox tanıtmaq üçün həm stadionun kənarlarında, həm də futbolçuların köynəklərində öz logolarını qoyur. Futbol formalarındakı reklam xarakterli loqolar həm köynəyin arxa, ön və qolunda ola bilər. Banco.az 2019-cu ildə sənaye sahələrinin forma sponsorluğu üçün nə qədər xərc çəkdiyini hazırlayıb. Bu sahələr arasında hava nəqliyyatı, avtomobil, internet, maliyyə xidmətləri, e-ticarət telekommunikasiya, sığorta və kimya sənayesi qərarlaşıb. Məqalədə Avropada ən məşhur 50 futbol klubları əsas götürülüb. Bunlar arasında hava nəqliyyatı şirkətləri 207 milyon avro məbləğində sponsorluğa xərc şəkib. Növbəti ən çox xərc çəkən avtomobil şirkətləridir. 

Həmçinin bax: İl ərzində ən çox qazanan futbol klubları

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin bax: Azərbaycan milli futbol yığmasında ən bahalı futbolçuların ADLARI - SİYAHI

Həmçinin bax: Azərbaycanlı futbolçu: "Ən bahalı formamı 150 dollara almışam" - MÜSAHİBƏ

Qrafik: Tahir Əsgərli

Tərlan Qəhrəmanova, Banco.az