Şahzadə 1 barrel neftin 100 dollara qalxmasını istisna etdi | Banco.az

Şahzadə 1 barrel neftin 100 dollara qalxmasını istisna etdi

Səudiyyə şahzadəsi neftlə bağlı bədbin açıqlaması

Neftin qiyməti daha heç zaman bir barreələ görə 100 dollara qalxmayacaq – Səduyyə Ərəbistanının birinci kralının nəvəsi və ən uğurlu ərəb investorlarından biri olan şahzadə Əl-Valid ibn Talal Əl Səud  əminliklə bildirir.

 “Əgər neft hasilatı indiki halda qalarsa və təlabat isə indiki kimi zəif olarsa, onda yaxşı olar ki, neftin qiymətinin düşməsinin davam etməsinə hazır olaq. Əgər hasilat azalarsa və tələbat artarsa, qiymətlər yuxarı doğru gedə bilər. Amma mən əminəm ki, biz neftin bir barrelinə görə qiymətin 100 dollara qalxmasını daha heç zaman görməyəcəyik. Mən bir il əvvəl də demişdim ki, neftin qiymətinin 1 barrelə görə 100 dollardan baha olması sünidir".  – bu sözləri "USA Today" jurnalına müsahibəsi zamanı şəhzadə İbn Talal söyləyib.

İbn Talal bildirib ki, iri neft istehsalçılarının neft çıxarılmasının azaldılması ilə bağlı razılığa gələcəyinə şübhə edir. Bu yolla bazardakı beynəlxalq təklifi azaltmaq və qiymətlərin artımına nail olmaq mümkün olardı.

 «Praktiki olaraq, bu mümkün deyil. Biz heç də OPEK-in bütün üzvlərinə etibar edə bilmərik. Biz həmçinin OPEK-ə üzv olmayan ölkələrə də güvənə bilmərik. 1980-ci  və 1990-ci illərdə Səudiyyə Ərəbistanı neft hasilatını azaltdı, amma digər ölkələr bizi aldadaraq, bizim bazar payımıza sahib çıxdılar". - Şəhzadə bəyan edib. O vurğulayıb ki, Səudiyyə Ərəbistanı Hökumətinin indiki halda neft hasilatının həcminin aşağı salmaması ilə bağlı qərar məntiqi idi. Belə ki neft yataqlarındakı hasilatnın azaldılması sadəcə krallığın  dünya neft bazarında payının azalmasına gətirib çıxaracaqdı.  

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda İbn Talal neftin qiymətinin belə qəfil aşağı düşməsinin yalnız geosiyasi səbəblər ilə bağlamağın tərəfdarı olmadığını bildirdi, həmçinin ABŞ və onun müttəfiqlərinin, o cümlədən Səudiyyə Ərəbistanının Rusiyaya qarşı təzyiq kimi istifadə cəhdlərini tamamı ilə təkzib etdi.

«Tamamilə cənəngiyyatdır. Bunu etməyin Səudiyyə Ərəbistanına heç bir faydası yoxdur, çünki bu situasiyadan Səudiyyə Ərəbistanı heç də Rusiyadan az əziyyət çəkmir. Bizim böyük ehtiyatlarımız səbəbindən bu elə də gözə çarpmır. Amma mən sizi əmin edirəm ki, Səudiyyə Ərəbistanı və Rusiya eyni qayıqdadırlar. Hər iki ölkə eyni zamanda bunun fəsadlarını yaşayır. Rusiyaya qarşı heç bir siyası birlik və ya bu tip bir şey yoxdur. Çünki bunu etməklə biz ilk növbədə özümüzə zərbə vurmuş olardıq”. – ibn Talal aydınlıq gətirib.

Onun sözlərinə əsasən neftin qiymətinin aşağı düşməsi təklif artıqlığı, həmçinin ABŞ-da neft hasilatının artması ilə bağlıdır. Bununla yanaşı Çin, Yaponiya, Hindistan və Almaniyada, o cümlədən bir sıra digər ölkələrdə iqtisadi zəifləmə səbəbindən tələbat da aşağı düşmüşdür.

2015-ci ilin fevral ayında çatdırılması nəzərtə tutulan Brent markalı neft müqavilələrinin qiyməti İCE birjasında bir barrelə görə $48,55 dollar təşkl edib.

Daha öncə Bank of America Merrill Lynch analitikləri belə bir proqnoz yaymışdı ki, qısa müddət ərzində Brent markalı neftin dəyəri bir barrelə görə 40 dollara enəcək. Analitiklər hesab edir ki, bu halda ya Səudiyyə Ərəbistanı, ya da OPEK-ə daxil olmayan ölkələr neft hasilatını azaltmalı olacaqlar.