Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracı 70 milyon tona çatıb | Banco.az

Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracı 70 milyon tona çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut ölkənin kənd təsərrüfatı məhsulları ixracının ilin əvvəlindən bu yana 8 faiz artdığını bildirib.

Banco.az xəbər verir ki, Lut paytaxt Moskvada Rusiya Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri ilə keçirdiyi görüşdə ölkəsinin kənd təsərrüfatı sektoru ilə bağlı açıqlamalar verib.

Rusiyanın kənd təsərrüfatı ixracatında yeni bazarlar inkişaf etdirməyə davam etdiyini açıqlayan Lut, xüsusilə Asiya və Afrikaya taxıl ixracatında artım olduğunu qeyd edib.

Rusiyanın kənd təsərrüfatı məhsullarının ümumi ixracının bu il də artmağa davam etdiyinə diqqət çəkən Oksana Lut, “2024-cü ildə beynəlxalq bazarlara 70 milyon ton ixrac etdik ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artım deməkdir”, sözlərindən istifadə edib.

Nazir Lut avqustun 20-də verdiyi açıqlamada bu il 132 milyon ton taxıl yığmağı və 60 milyon ton taxıl ixrac etməyi planlaşdırdıqlarını bildirmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Rusiya prezidenti Vladimir Putinin may ayında imzaladığı fərmana əsasən, ölkənin kənd təsərrüfatı məhsullarının ixracının 2021-ci ilə nisbətən 2030-cu ilə qədər 1,5 dəfə artırılması hədəflənib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et