2018-ci ilin dekabrında Rusiya ABŞ dövlət istiqrazlarına investisiyaları bir qədər də artırıb.
Bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, dekabrın sonuna sözügedən göstərici 13,216 mlrd. dollar təşkil edib ki, bu da noyabrın sonu ilə müqayisədə 402 mln. dollar çoxdur. İnvestisiyaların 5,105 mlrd. dolları uzunmüddətli, 8,111 mlrd. dolları isə qısamüddətli istiqrazlara qoyulub.
Ümumilikdə, 2018-ci ildə Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiyaları azaldıb.
ABŞ qiymətli kağızlarına ən çox pul qoyan ölkə isə Çin olaraq qalır. Bu ölkə iqtisadi rəqibinə 1,1 trln. dollar "borc verib".
report.az