Risklərin diversifikasiyası və ya yumurtaların hamısını eyni səbətə qoymamaq | Banco.az

Risklərin diversifikasiyası və ya yumurtaların hamısını eyni səbətə qoymamaq

Nail olmaq istədiyimiz maliyyə hədəflərinə çatmaq istədiyimiz zaman risklərimizi minimuma endirmək üçün risklərin diversifikasiyası önəmlidir. Gəlin ilk öncə risk və diversifikasiya anlayışlarına nəzər salaq.

Risk – dəyər kəsb edən hər hansı bir əmlakın, vəsaitin, vaxtın və s. itirilmə ehtimalıdır. Risk, arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk, neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk, hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır.

Risklərin başlıca xüsusiyyəti ondan ibarətdir ki, onlar həmişə mövcuddur. Risklər – fəaliyyətin hər hansı növünün mütləq özünəməxsus artibutudur: heç nəyə 100% əmin olmaq olmaz. Bu, Merfi qanunlarından birini ifadə edir:

“Əgər hər şey yaxşıdırsa, deməli siz nəyi isə görə bilməmisiniz”.

Risk-menecerin qarşısında duran mühüm vəzifələrdən biri təşkilatın risk-profilinin tərifidir. Mahiyyət etibarilə, söhbət təşkilatın idarə edilən tipik risklərinin siyahısının tərtibindən gedir ki, bunlar meydana çıxma tezliyinin azalması sırası ilə və ya potensial itkilərin ölçülərinin azalması sırası ilə yerləşdirilir.

yumurta-nasil-saklanir

Diversifikasiya — (lat. diversus — müxtəlif və facere — etmək)

1) kapitalın və investisiyanın kapital riskini azaltmaq üçün müxtəlif obyektlər arasında paylanması.

2) müəssisə tərəfindən buraxılan məhsulun assortimentinin genişlənməsi, yeni istehsal sahələrinin yaradılması, bankrotluğun qarşısının alınması yollarından biri.

Risk və diversifikasiya sözlərinin mənasına ayrı-ayrılıqda nəzər saldıqdan sonra risklərin diversifikasiyası anlayışına nəzər salaq.

Risklərin diversifikasiyası və ya yumurtaların hamısını eyni səbətə qoymama özəlliklə maliyyə sahəsində, risklərdən sığortalanmaq məqsədilə təşkil olunan portfellərin çeşidləndirilməsini müdafiə edən bir arqumentdir. Əgər yumurtaların hamısını eyni səbətə qoyarsaq və səbət yalnışlıqla əlimizdən düşərsə bütün yumurtalar sınar. Amma yumurtaları bir neçə səbətə bölüşdürməklə qoyarsaq və səbətlərdən biri əlimizdən düşərsə bu zaman daha az yumurta qırılmış olar. Bunu bir numunə ilə izah etməyə çalışaq.

Tutaq ki bizim 1000 AZN pulumuz var və bu pulu sərmayə kimi qoymaq fikrimiz var. Fərz edək ki, pulumuzun hamısını “A” şirkətinin səhmlərinin alınmasına yönəltdik. Biz aldığımız vaxta səhmlərin dəyəri 1 AZN idisə, sonradan səhmlərin dəyəri 0.70 AZN dəyərinə düşdü və beləliklə biz 300 AZN itirdik. Bunun əvəzinə biz, risklərimizi diversifikasiya edib, yəni bölüşdürüb pulumuzun məsələn 500 AZN məbləğini “A” şirkətinə, 300 Azn məbləğini “B” şirkətinə, 200 AZN məbləğini isə “C” şirkətinə qoysaydıq, bu zaman “A” şirkətinin səhmlərinin dəyər itirməsi nəticəsində daha az zərər etmiş olacaqdıq və digər şirkətlərdən ən az birinin səhmlərinin dəyər qazanması nəticəsində zərərimizi əvəz etmiş olacaqdıq.

Bu cür risklərin qarşısını almaq, onların mənfi təsirinin həcmini azaltmaq məqsədilə hər bir şirkətdə risklərin qiymətləndirilməsi və onlara nəzarət sistemi yaradılmalıdır. Şirkətlərdə risklərin effektiv idarə etmə sisteminin formalaşdırılması şirkətin bütün maraqlı şəxslərinin mənafeyinə cavab verməklə, onun fəaliyyətinin səmərəliliyin təmin edilməsi istiqamətində ciddi addımdır.

Ən sərfəli kredit üçün müraciət et

Risklərin idarə olunması (risk-management) – xoşagəlməz nəticələrin meydana çıxması ehtimalının azaldılmasına və qərarların qəbulu zamanı mümkün itkilərin minimuma endirilməsinə istiqamələnmiş idarəetmə qərarlarının qəbulu və həyata keçirilməsi prosesidir.

Risk menecmentin məqsədləri:

Risklərin idarə edilməsi biznesin lazımi mədəniyyət və insfrastrukturunu yaratmaqla, aşağıdakı məqsədlərə nail olmağı nəzərdə tutur:

  1. Risklərin yaranmasının əsas səbəb və amillərinin tədqiqatı və ortaya çıxarılması;
  2. Risklərin müyyən edilməsi, analizi və qiymətləndirilməsi;
  3. Həyata keçirilmiş qiymətləndirilmə əsasında qərarın qəbul edilməsi;
  4. Risk əleyhinə idarəedici təsirlərin hazırlanması;
  5. Risklərin münasib səviyyəyə endirilməsi;
  6. Risklərin idarə olunması ilə bağlı nəzərdə tutulmuş proqramın həyata keçirilməsinin təşkili;
  7. Planlaşdırılmış işlərin icrasının yoxlanması;
  8. Risk qərarlarının nəticələrinin analizi və qiymətləndirilməsi.

Bu səbəbdən müasir dövrdə bir çox şirkətlərdə risklərin idarə olunması sisteminin tətbiqinə xüsusi diqqət yetirilir.

Risklərin idarə edilməsi risk-menecment iştirakçıları arasında səmərəli qarşılıqlı münasibətlərdən asılıdır. Risk-menecment prosesi şirkətin həm daxili, həm də xarici mühitində baş verir. Risklərin mükəmməl idarə edilməsini təmin edə bilmək üçün, ilk öncə, şirkət daxilində səmərəli qarşılıqlı əlaqə sistemini təşkil etmək lazımdır.

Risklərin idarə edilməsi – yaradıcı prosesdir, onu mahnının və ya hətta bütöv bir simfoniyanın yaradılması ilə müqayisə etmək olar.

Musiqidə melodiyaların müxtəlifliyi yeddi notdan yarandığı kimi, risklərin idarə edilməsi üçün də bir neçə əsas yanaşmadan istifadə edirlər:

  1. Riskin qəbul edilməsi.
  2. Riskin məhdudlaşdırılması.
  3. Riskin təmin edilməsi.
  4. Riskin sığortası.
  5. Riskin satışı.
  6. Riskdən yayınma.

Nusrat Khalilov