Yay gəlirsə, bu o deməkdir ki, istirahətin əsl vaxtıdır. İstirahətə can rahatlığı ilə gedə bilməyiniz üçün avtomobilinizi KASKO sığorta etməyiniz çox vacibdir. Rahatlığınıza zəmanət verən PAŞA Sığorta sizə əsl yay fürsəti təqdim edir!
11 iyul tarixinədək davam edəcək “Yaya KASKOlu avtomobil ilə başla!” adlı kampaniya çərçivəsində TAM KASKO sığortası əldə edən, 500-2500 AZN sığorta haqqına malik fərdi müştərilərə 100 AZN dəyərində, 2500 və daha çox sığorta haqqına malik fərdi müştərilərə isə 200 AZN dəyərində hədiyyə kartı və ya endirim seçimi təqdim ediləcək. Təklif edilən hədiyyə seçimləri sırasına “Azpetrol” yanacaq kartı, “Bravo” mağazalarından alış-veriş kartı, “Diamond Detailing” avtomobil kimyəvi təmizləmə mərkəzindən hədiyyə kartı daxildir.
Tam KASKO əldə edən müştərilər hissəvi ödəniş imkanından yararlanaraq avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, təbii fəlakət və bir sıra digər risklərə qarşı avtomobilini təminat altına almış olacaqlar.
KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa, *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya https://bit.ly/2ER80C6 keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar dəyərini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək Kasko sığorta üçün müraciət edə bilərsiniz.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Bizi sosial şəbəkələrdən izləyin!!