Rabitəbank İŞÇİ axtarır! | Banco.az

Rabitəbank İŞÇİ axtarır!

“Rabitabank” ASC  Müştərilərə xidmət sahəsinə Qaradağ və Sumqayıt filiallarına Əməliyyatçı vakansiyaları üzrə işə qəbul elan edir.

Azərbaycanın ilk özəl banklarından biri və 24 illik tarixə malik olan “Rabitəbank” ASC ölkədə dayanıqlılığı və etibarlılığı ilə fərqlənən iri Banklar sırasındadır. Bu fərqliliyin təməlini qoymaqda isə Bank əməkdaşlarının əvəzsiz rolu olmuşdur. Bu yolda yorulmadan səy göstərən peşəkar kollektivimizlə fəxr edir, Sizi də bu kollektivdə görmək ümidi ilə “Rabitəbank”ın mehriban kollektivinə və maraqlı korporativ həyatına qoşulmağa dəvət edirik.

Əsas vəzifələr:

Ən sərfəli kredit üçün müraciət et

• Mərkəzi bankın və bankdaxili prosedur və qaydalara əsasən Fiziki və Korporativ müştərilərə  yüksək səviyyədə xidmət göstərmək;
• Bank məhsul və xidmət satışını həyata keçirmək;
• Vergi, məhkəmə, DSMF və digər icra orqanlarının  sərəncamlarınını icrası təmin etmək;
 
Namizədə olan tələblər:
 
• Ali təhsil (iqtisadi olması arzuolunandır);
• Müvafiq sahə üzrə ən azı 1il iş təcrübəsi;
• Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli, ingilis dili arzu olunandır;
• Riyazi biliklərə  və analitik düşüncəyə malik olmaq;
• Kommunikasiya qurma qabiliyyəti;
• Təşəbbüskarlıq, məsuliyyətlik, diqqətlik və etibarlıq kimi müsbət keyfiyyətlərə malik olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Qaradağ- Əməliyyatçı və ya Sumqayıt-Əməliyyatçı göstərməyiniz xahiş olunur.