Rabitəbank-ın aktivləri 34% artıb - HESABAT | Banco.az

Rabitəbank-ın aktivləri 34% artıb - HESABAT

RabitəBank 2017-ci ilin ikinci rübünə olan maliyyə nəticələrini açıqlayıb.

Belə ki, 2017-ci ilin ilk rübü ilə müqayisədə bankın balans göstəricilərində artım müşahidə olunur.

Aşağıda əks olunan diaqramdan bankın maliyyə vəziyyətini görmək mümkündür.

Bankın aktivlərində və öhdəliklərində ciddi artım var, belə ki,  bank aktivlərində 33,7% - 168,4 mln. manat, öhdəliklərində isə 28,3% - 128,3 mln. manat artım müşahidə olunur. Kredit və depozit portfeli isə cüzi artıb.

Ən sərfəli kredit üçün müraciət et

RabitəBankın cəmi kapitalı  2 dəfəyə qədər artıb. Qeyd edək ki, bank bu yaxınlarda nizamnamə kapitalını artırmışdı.

Sözügedən dövrdə bankın faiz gəlirləri 12,121 mln. manat, faiz xərcləri 5,046 mln. manat olub. Bankın cəmi xalis gəlirləri 10,552 mln. manat olub və bank onun 5,448 mln. manatını inzibati xərclərə, 4,683 mln. manatını isə ehtiyatlara ayırıb. Beləcə bank 421 min manat mənfəətlə ili başa vurub.