Qlobal hərbi xərclər rekord vurub | Banco.az

Qlobal hərbi xərclər rekord vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal hərbi xərclərdə rekord qeydə alınıb.

Banco.az xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2023-cü il üzrə qlobal hərbi xərclər hesabatını dərc edib.

Hesabatda qlobal hərbi xərclərin 2023-cü ildə əvvəlki ilə nəzərən real ifadədə 6,8 faiz artaraq 2 trilyon 443 milyard dollara çatdığı və bununla da indiyə qədərki ən yüksək səviyyəni qeyd etdiyi bildirilib.

Sözügedən artımda Avropa, Afrika və Yaxın Şərqdə hərbi xərclərin kəskin artmasının təsirli olduğu vurğulanıb.

Hesabatda qlobal hərbi xərclərin ardıcıl olaraq 9 ildir ki, artdığı və son 3 ildə rekordlar qırdığı qeyd edilib. Bununla yanaşı, bildirilib ki, dünya üzrə adambaşına düşən hərbi xərclər 306 dollarla 1990-cı ildən bəri ən yüksək səviyyəyə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et