Qlobal enerji investisiyaları ilk dəfə 3 trilyon dolları keçəcək | Banco.az

Qlobal enerji investisiyaları ilk dəfə 3 trilyon dolları keçəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Təmiz enerji texnologiyalarına investisiyaların bu il 2 trilyon dollara çatacağı proqnozlaşdırılır.

Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) hər il dərc etdiyi Dünya Enerji İnvestisiyaları hesabatına görə, qlobal enerji sektoruna investisiyalar bu il ilk dəfə olaraq 3 trilyon dolları keçəcək.

Dünyada maliyyələşmə xərclərinin artmasına baxmayaraq, bu investisiyaların 2 trilyon dollarının bərpa olunan enerji, elektrik nəqliyyat vasitələri, nüvə enerjisi, şəbəkələr, akkumulyatorlar, aşağı emissiyalı yanacaqlar, enerji səmərəliliyi həlləri və istilik nasosları da daxil olmaqla təmiz enerji texnologiyalarına yönəldiləcəyi gözlənilir.

Qalan 1 trilyon dollardan bir qədər çox sərmayənin isə kömür, neft və qaz da daxil olmaqla mədən yanacaqlarına yönəldiləcəyi düşünülür.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin qeyd edilir ki, təmiz enerji texnologiyaları arasında bərpa olunan enerji, şəbəkə və akkumulyator investisiyalarının cəminin kömür, neft və qaz investisiyalarını üstələyəcəyi proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et