Müəllif - Fərid İslamov/Banco.az
Banco.az-ın məlumatına görə bu ilin birinci yarısında elektrik enerjisi istehsalında kömürün payı 36 faiz, su elektrik enerjisi istehsalı isə tarixi maksimuma - 8,5 faiz azalıb.
Bu ilin birinci yarısında elektrik enerjisi istehlakına qlobal tələbat 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artıb. Baş qərargahı Londonda yerləşən Ember enerji analitik mərkəzinin 78 ölkədəki göstəriciləri müqayisə edən məlumatları bunu sübut edir.
Qeyd olunur ki, bu rəqəm son 10 ildə 2,6 faiz olan tarixi orta göstəricidən xeyli aşağı olub.
Elektrik enerjisinə qlobal tələbatın artmasının azalması ilk növbədə bəzi iri iqtisadiyyatlarda, xüsusən də Avropa İttifaqı (Aİ) ölkələrində tələbatın azalması ilə bağlıdır.
Bununla yanaşı, bu ilin yanvar-iyun aylarında külək və günəş enerjisinin elektrik enerjisi istehsalında xüsusi çəkisi rekord qıraraq 14,3 faiz təşkil etdiyi halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 12,8 faiz təşkil edib.
Qlobal elektrik enerjisi istehsalında külək enerjisinin payı 8,75 faiz, günəş enerjisinin payı isə 5,52 faiz artıb.
Beləliklə, külək və günəş enerjisi qlobal istehsaldakı payını əhəmiyyətli dərəcədə artıran iki elektrik mənbəyinə çevrildi.
Bununla yanaşı, cari ilin birinci yarısında elektrik enerjisi istehsalında kömürün payı 36 faiz təşkil edib, su elektrik enerjisi istehsalı isə quraqlıq səbəbindən tarixi maksimum 8,5 faizə düşüb.