Pulunuza faiz qazandıran plastik kartlar və faiz dərəcələri - CƏDVƏL | Banco.az

Pulunuza faiz qazandıran plastik kartlar və faiz dərəcələri - CƏDVƏL

Artıq bir çox insanın plastik kartı var. İnsanlar plastik kartın imkanlarından yararlanmağı sevirlər, çünki bu pulla istifadəni daha rahat bir hala gətirir. Kİmisi bu xidmətdən online ödənişlər üçün istifadə edirsə,kimisi də pulunu mühafizə etmək üçün plastik kartlara müraciət edir.  

Bəs bilirdinizmi ki, bəzi kartlarda bu iki xidmətdən yararlanarkən kartınızdakı qalıq məbləğə faiz hesablana bilər. Bu kartlar debet kart növünə daxildir və eyni zamanda depozit imkanlarını da təqdim edir. 

(Qeyd edək ki, debet kart mal və xidmətlər üzrə ödənişlər etmək, bankomatlarda nağd pulların çıxarılması üçün istifadə olunan bank ödəniş kartıdır. Debet kartların əsas funksiyası, tədavüldə olan kağız pulların əvəzlənməsi və müştərinin öz vəsaitləri ilə nağdsız ödənişlərin aparılmasından ibarətdir. Bu kartlar vasitəsilə  dünyanın istənilən nöqtəsində, həm bankomatlardan nağd pul çıxara, həm də ticarət mərkəzləri və mağazalarda ödənişlər aparıla bilər).

Ölkəmizdə də depozit funksiyası olan və faiz qazandıran debet kartları mövcuddur. Qeyd edək ki, həmin kartların bir çoxunda faiz dərəcəsinin hesablanması üçün kartın qalıq məbləğinə müəyyən tələb qoyulur.

Həmin plastik kartları və onların qalıq məbləğinə hesablanan illik faiz dərəcələrini sizə təqdim edirik:

Bank

Kart

Debet qalığına minimum tələb

(AZN)

Depozit faizi

(İllik)

AccessBank

myCard

500

5%

Atabank

Visa Electron

300

11%

Amrahbank

Yubiley kart

yoxdur 5%

Bank of Baku

Bolkart

100

5%

Expressbank

Expresso

100

3%

Nikoil Bank

Visa Gold

Visa Platinium

yoxdur

8%

Rabitəbank

Kartmane

100 AZN

2-6%

Unibank

Albalı Plus

yoxdur

6%

Ən sərfəli kredit üçün müraciət et

  • Amrahbank-ın Yubiley kartları üçün USD valyutasına illik 2%, EURO valyutasına isə illik 1% hesablanır.
  • Nikoil Bank-ın qeyd olunan debet kartlarında USD məbləğinə illik 2% depozit faizi hesablanır.
  • Rabitəbank-ın Kartmane debet kartlarında USD valyutasında açılmış hər bir kart üçün 100 USD debet qalığına illik 0.5-1%  depozit faizi hesablanır.