Problemli kreditlər bir qədər də artıb - DOLLAR PROBLEMİ | Banco.az

Problemli kreditlər bir qədər də artıb - DOLLAR PROBLEMİ

İyunun 1-ə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 710,8 mln. manat təşkil edib.  Son bir ayda  problemli kreditlər 2 milyon manat və 0,11% artıb.

Bu ilin əvvəli ilə müqayisədə isə problemli kreditlərin həcmi 84 milyon manat yüksəlib. Belə ki, 2017-ci ilin sonunda ölkə banklarında problemli kreditlər 1  626,7 milyon manat idi. Başqa sözlə, ilin əvvəlinə nisbətən problemli kreditlər 5,2% artıb.

Nəticədə iyunun əvvəlinə ümumi kredit portfelində problemli kreditlərin payı 14,3% olub. Bu göstərici aprelin sonuna 14,5%, martın sonunda 14,7%, fevralın sonunda14,7%, yanvarın sonuna 14,5%, ötən ilin sonuna 13,8% olub.

Ən sərfəli kredit üçün müraciət et

Prooblemli kreditlərin böyük hissəsi dollar kreditlərinin payına düşür. Belə ki, dollarla poblemli kreditlərin məbləği 877 milyon manat və ya ümumi problemli kreditlərin 52%-ni təşkil edir. Manatla problemli kreditlər isə 833 milyon manatdır. Nəticədə manatla kredit portfelində problemli kreditlərin payı 11% olduğu halda, dollar kreditlərində problemli hissə 19%-ə yüksəlib. 

FED.az

Ən sərfəli krediti almaq üçün müraciət et