PR-çıların nəzərinə: AccessBank-da vakansiya | Banco.az

PR-çıların nəzərinə: AccessBank-da vakansiya

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis

Öhdəliklər:

  • Bankın PR-strategiyasının həyata keçirilməsi 
  • KİV-lə əlaqələrin quruluması, lazımi məlumatların KİV-ə təqdim olunması
  • Rəsmi məlumatların hazırlanmasında iştirak və nəzarət (press-relizlər, daxıili və xarici informasiya bülletenləri, reklam mətnləri, sayt üçün materiallar və s.)
  • Verilən məlumatlara əsasən müstəqil şəkildə şirkətin fəaliyyəti və şirkətin məhsulları haqqında müxtəlif formatda PR (reklam, xəbərlər) mətnlər, məqalələr yazmaq və tərcümə etmək (azərbaycan, rus dillərinə);
  • Bankın rəsmi internet səhifəsi üçün məlumatların hazırlanması və yenilənməsi
  • Mətbuat tədbirlərinin təşkili (mətbuat-konfransı, müsahibə)
  • Media nümayəndələri ilə əlaqələrin qurulması məqsədilə müxtəlif tədbirlən təşkili (görüşlər, müsabiqələr, press-turlar, seminarlar və s.)
  • Korporativ Sosial Məsuliyyət və Xeyriyyəçilik layihələrinin həyata keçirilməsində iştirak

Tələblər:

Ən sərfəli kredit üçün müraciət et

  • Ali təhsil (jurnalistika, filologiya təhsili təqdir olunur)
  • Mükəmməl Azərbaycan və rus dilləri biliyi (ingilis dili biliyi təqdir olunur)
  • Kollektivdə çalışmaq qabiliyyəti və hazırlığı
  • Mükəmməl məsuliyyət hissi
  • Kompüter savadı
  • Zəruri hallarda bankın digər (o cümlədən, regional) filiallarına getmək imkanı və arzusu

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.