Müəllif: Gülnar Əhmədli, Banco.az
"Paşa Sığorta" şirkətinin hesabına bu ilin yanvar-iyun aylarında 163 milyon 423 min manat sığorta haqqı yığılıb.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında qeyd edilib.
Məlumata görə, bu, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 42 milyon 816 min manat və ya 35,5% çoxdur.
Hesabat dövründə şirkətin sığorta ödənişləri isə illik müqayisədə 1 milyon 783 min manat və ya 4,9% artaraq 37 milyon 784 min manata çatıb.
Qeyd edək ki, ötən ilin eyni dövründə şirkətin yığımları 120,6 milyon manat, ödənişləri isə 36 milyon manat məbləğində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!