PAŞA Sığortadan Dövlət Vergi Xidməti əməkdaşlarına özəl KASKO kampaniyası! | Banco.az

PAŞA Sığortadan Dövlət Vergi Xidməti əməkdaşlarına özəl KASKO kampaniyası!

Ölkə iqtisadiyyatının inkişafında və dövlət büdcəsi gəlirlərinin formalaşmasında əhəmiyyətli rola malik Dövlət Vergi Xidməti əməkdaşlarının peşə bayramı münasibətilə PAŞA Sığorta “Tam KASKO” sığorta məhsuluna özəl endirim kampaniyası elan edir.

Beləliklə, martın 11-dək vergi işçiləri PAŞA Sığortaya “Tam KASKO” könüllü avtomobil sığortası üzrə müraciət edərkən fəaliyyətlərinə yüksək dəyərin ifadəsi olaraq 30% özəl endirim qazanacaqlar. Kampaniyadan faydalanmaq üçün sözügedən əməkdaşlar iş yerini təsdiq edən elektron arayış və ya iş vəsiqəsi ilə şirkətə müraciət edə bilərlər.  

PAŞA Sığorta şirkəti olaraq bütün Dövlət Vergi Xidməti əməkdaşlarını 11 fevral peşə bayramı münasibətilə təbrik edir, gələcək inkişaf yolunda uğurlu addımlar atmağı arzu edirik!

KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün *7000- Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya  https://bit.ly/KASKO_Onlayn_Muraciet  keçidi ilə onlayn müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram