PAŞA Sığorta şirkəti KASKO sığortası üzrə 20 250 AZN ödəniş etdi! | Banco.az

PAŞA Sığorta şirkəti KASKO sığortası üzrə 20 250 AZN ödəniş etdi!

Həyatda dəyər verdiyimiz aktivlər artdıqca, onları qorumaq üçün sığortaya ehtiyac duyuruq. Həyatımız boyu müəyyən risklərlə qarşılaşma ehtimalını nəzərə alsaq, çox çalışaraq əldə etdiyimiz bu dəyərləri sığortalamaq əvəzsiz bir seçimdir. PAŞA Sığorta risklərin nəticələrinin minimuma endirilməsində hər zaman müştərilərinin yanında olmuşdur.

Sığortalı şirkətə məxsus avtomobil hərəkətdə olan zaman əks yoldan qarşısına çıxan digər bir avtomobil ilə toqquşaraq zədələnmişdir. Zərərə uğrayan sığortalı şirkətə PAŞA Sığorta tərəfindən 20 250 AZN məbləğində təminat ödənilmişdir.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram