PAŞA Sığorta növbəti rəqəmsal addım - “PASHA Insurance” mobil əlavəsi! | Banco.az

PAŞA Sığorta növbəti rəqəmsal addım - “PASHA Insurance” mobil əlavəsi!

Son aylarda müştəri rahatlığı üçün bir neçə dijital platforma təqdim edən PAŞA Sığorta yeni mobil əlavəsini təqdim edir. Sığortanın təqdim etdiyi imkanlardan istənilən hər yerdə rahat faydalana bilmək üçün mobil əlavə  müştəri tələblərinə uyğun olaraq müasir funksionallıqlar əsasında hazırlanıb.

Mobil əlavə vasitəsilə aktiv sığorta şəhadətnaməsi və müqaviləsini görmək, həkim müayinəsinə onlayn qeydiyyat və tarixçələri izləmək, onlayn ödəniş qrafikini görmək,  ödənilmiş və qalıq borc məbləğini izləmək, baş vermiş sığorta hadisəsi haqqında məlumat almaq, bonus və kampaniyalar haqqında ətraflı məlumat əldə etmək, hadisə yerindən şəkillər göndərməklə sığorta hadisəsi bildirmək, şikayət və təkliflərinizi asanlıqla bildirmək və bu kimi bir çox funksionallıqlardan yararlanmaq mümkündür.

İstifadəçi yönümlü dizaynı ilə fərqlənən “PASHA Insurance” mobil əlavəsini App Store (https://apple.co/3MXbb8J) və Google Play (https://bit.ly/3MP99Hx) platformalarından ödənişsiz olaraq yükləmək mümkündür.

"PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram