PAŞA Sığorta daşınmaz əmlak sığortası üzrə 74 290 AZN ödəniş etdi! | Banco.az

PAŞA Sığorta daşınmaz əmlak sığortası üzrə 74 290 AZN ödəniş etdi!

Sığorta təkcə hüquqi öhdəliklər üçün deyil, həm də həyat səviyyəsinin davamlılığı üçün zəruridir. PAŞA Sığorta olaraq peşəkar heyətimizlə birlikdə əsas vəzifəmiz hadisə zamanı operativ şəkildə müştərimizin yanında olmaqdır.

Könüllü əmlak sığortası ilə sadəcə evinizi  deyil, həmçinin, biznes obyektinizi də sığorta təminatı altına ala bilərsiniz. Biznes obyektini qorumaq üçün müraciət edən daşınmaz əmlak sahibi əmlakını sadəcə 200 AZN ödəməklə sığorta edib. Bir müddət sonra qeydə alınan hadisəyə, əsasən, qeyri-yaşayış sahəsinə bitişik ərazidə yerləşən əmlakda tikinti işləri aparıldığı üçün binada çatlar əmələ gəlmiş və əmlakı yararsız vəziyyətə salmışdır. Hadisə nəticəsində PAŞA Sığorta daşınmaz əmlak sahibinə 74 290 AZN sığorta təminat ödəmişdir.

Könüllü əmlak sığortası məhsullarını əldə etmək, həmçinin, ətraflı məlumat almaq üçün *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya və ya PAŞA Sığorta (pasha-insurance.az) keçidi vasitəsilə onlayn müraciət edə bilərsiniz. Bununla əlavə, PAŞA Sığortanın rəsmi “Facebook” və “Instagram” sosial media hesablarına yazaraq müraciət etmək də mümkündür.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram