“PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır | Banco.az

“PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

Daha öncə də bildirildiyi kimi, “PAŞA Holding” 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək övladları üçün sosial dəstək proqramına start verib. “PAŞA Holding” və Bravo supermarketlər şəbəkəsi proqram çərçivəsində şəhid övladlarına Yeni il, Novruz, Qurban, Ramazan bayramları və Zəfər günü münasibətilə bayram sovqatlarının təqdim edilməsini  nəzərdə tutub.

Bravo supermarketlər şəbəkəsi 15 mart tarixindən etibarən “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin dəstəyi ilə sözügedən şəhid ailələrinə Novruz Bayramı ilə əlaqədar sovqatlar çatdırır. Bayram sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir. Layihə 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra və sentyabr təxribatları zamanı şəhidlik zirvəsinə ucalan və 18 yaşadək övladları olan ümümilikdə 800-dən çox ailəni əhatə edir.

Xatırladaq ki, cari proqrama təhsil və səhiyyə sahələri də daxildir. Belə ki, “PAŞA Holding” və onun törəmə şirkətləri tərəfindən 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək övladları üçün həyata keçirilən proqram çərçivəsində sözügedən uşaqlar genişləndirilmiş sığorta paketi ilə də təmin olunublar.  Sözügedən ailələrin övladları paketdən stomotoloji, eləcə də xroniki xəstəliklərin müayinə və müalicəsində istifadə edə bilərlər. Bununla yanaşı,  proqram çərçivəsində şəhid övladlarımıza yeni dərs ilində məktəbli ləvazimatlarının təqdim edilməsi də nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et