PAŞA Həyat “Teknofest” Festivalının innovativ tərəfdaşıdır! | Banco.az

PAŞA Həyat “Teknofest” Festivalının innovativ tərəfdaşıdır!

May ayının 26-29 tarixlərində “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı və dəstəyilə “Teknofest” Festivalı baş tutacaqdır.

Hər zaman innovativ həlləri ilə sığorta bazarında liderliyini qoruyan PAŞA Həyat Azərbaycanda ilk dəfə keçiriləcək Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “Teknofest”in innovativ tərəfdaşıdır.

“Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki qardaş ölkə arasındakı dostluğun daha da möhkəmlənməsi həmçinin strateji əhəmiyyət kəsb edən bir addımdır. Tədbir “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur.

PAŞA Həyat-ın məqsədlərindən biri də Azərbaycanda inkişaf etməkdə olan innovasiya yeniliklərini daima yaxından izləmək, startapların inkişafına dəstək olmaqla yanaşı onlarla müxtəlif əməkdaşlıqlar çərçivəsində irəliləməkdir.

Ən sərfəli kredit üçün müraciət et

“PAŞA Həyat Sığorta” ASC  olaraq biz ölkəmizin ev sahibliyi etdiyi və bütün dünyaya səs salan “Teknofest” Festivalının innovativ tərəfdaşı olmaqdan qürur duyuruq”,– şirkətin Marketinq mərkəzinin rəhbəri Ruslan Ələkbərov vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram