“PAŞA Həyat Sığorta”nın 4 illiyi | Banco.az

“PAŞA Həyat Sığorta”nın 4 illiyi

“PAŞA Həyat Sığorta” şirkəti fəaliyyətinin 4 ili müddətində şirkət nizamnamə kapitalını 5,75 dəfə artıraraq 40,250 mln. manata çatdırıb.

Həyat sığortası məhsulları üzrə toplanan yığımların həcminə görə bazarın əsas iştirakçısı olan “PAŞA Həyat Sığorta” bu ilin yanvar-oktyabr aylarında 35,142 mln. manat həcmində sığorta haqqı ilə ölkə şirkətləri sırasında ilk üçlükdə qərarlaşıb. Qeyd olunan dövr ərzində şirkət 2,456 mln. manat həcmində sığorta ödənişləri həyata keçirib.

Qeyd edək ki, bu gün kapital və müxtəlif biznes-maliyyə göstəricilərinə görə, Azərbaycanın həyat sığortası bazarının lideri olan “PAŞA Həyat Sığorta” şirkəti yaranmasının 4 illiyini qeyd edir. 2010-cu ilin noyabr ayının 24-də Azərbaycan iqtisadiyyatına, o cümlədən ölkənin həyat sığortası bazarının inkişafına öz töhfəsini verə biləcək şirkət - “PAŞA Həyat” yaradılıb.   

Ən sərfəli kredit üçün müraciət et

“PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” şirkəti 7 mln. manat nizamnamə kapitalı ilə təsis olunub. Şirkət Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir.

Ötən 4 il müddətində “PAŞA Həyat Şirkəti” uğurlu fəaliyyəti nəticəsində bir sıra beynəlxalq mükafatlara da layiq görülüb. Fəaliyyətinin ilk illərindən başlayaraq həyata keçirdiyi sosial layihələr sayəsində “PAŞA Həyat” ictimai əhəmiyyətli qurum imicini qazanıb.

Hazırda “PAŞA Həyat Şığorta” öz inkişafını yüksələn xətlə davam etdirir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.