2021-ci ildə PAŞA Həyat yığımlarına görə sığorta bazarı iştirakçıları arasında birinci yerdə qərarlaşmışdır. Belə ki, şirkət sığorta bazarında bütün məhsulları üzrə 305 milyon manat sığorta yığımları əldə edərək yeni rekord nəticəyə imza atmışdır. Eyni zamanda, şirkət müştərilərinə 189 milyon AZN sığorta ödənişi həyata keçirmişdir.
Ölkənin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2021-ci ilin audit olunmuş MHBS uyğun hazırlanmış maliyyə hesabatlarını ictimaiyyətə açıqlayıb.
2020-ci il ilə müqayisədə şirkətin cəmi məcmu gəliri 51% artaraq 30.2 milyon AZN təşkil edib. Şirkətin məcmu kapitalı 71.5 milyon AZN, məcmu öhdəlikləri isə 339.3 milyon AZN təşkil edib.
Ən dayanıqlı şirkətlərdən olan PAŞA Həyat-ın məcmu aktivləri 2021-ci ilin 31 dekabr tarixinə 410.8 milyon manat təşkil edib.
PAŞA Həyat daim müştərilərə ən yaxşı xidmət və rəqəmsal həllər təqdim etmək üzərində çalışır. Bu istiqamətlərdə ən son təcrübələr üzərində çalışan şirkət artıq həyat sığortası bazarında ilk olaraq Agile metodologiyasını tətbiq edir. Eyni zamanda, 2021-ci ildən etibarən şirkət yeni Rəqəmsal strategiyanı həyata keçirməyə başlayıb. Şirkət ötən il ərzində yeni layihələrə imza ataraq Data Analitika, İnvestisiya prosesləri, digər biznes proseslərin optimizasiyası və yeni məhsulların yaradılması istiqamətində bir çox proseslər həyata keçirib.
2021-2023-ci illəri əhatə edən strategiya şirkəti müştəri təcrübəsinə əsaslanan və innovativ şirkət kimi formalaşdıracaq.
Mövcud dövrdə seçim əlbəttə ki, etibarlı və dayanıqlı həyat sığorta şirkətinə düşməlidir. İstənilən durumda sizin vəsaitiniz əminliklə qorunmalı və sizə gəlir gətirməlidir. Bunun üçün PAŞA Həyat ən doğru seçimdir.
Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-cu ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2021-ci il tarixinə şirkətin Nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “Yığım tərkibli yaşam sığortası” və digər fərdi və korporativ həyat sığortası məhsullarını təklif edir.
Bizi sosial şəbəkələrdən izləyin!!