PAŞA Holding və PAŞA Həyat şirkətlərinin təşkilatçılığı ilə keçirilən PAŞA Hakaton artıq başlayıb!
Hazırda 700 müraciət arasından seçilmiş 24 komanda Yarat Müasir İncəsənət Mərkəzində bir araya gələrək Hakatonun qalibi adı uğrunda qızğın mübarizə aparırlar. İştirakçılar arasında xarici ölkələrdən komandalar da var.
Hakatonun mövzusu “Müəyyən seqmentlər üçün həyat sığortası məhsullarının penetrasiya səviyyəsinin artırılması”dır.
Xatırladırıq ki, hakatonda 1-ci yeri qazanan komandanı 6000 AZN, 2-ci yeri 4000 AZN, 3-cü yeri 2000 AZN məbləğində mükafat gözləyir!
Bütün iştirakçılara uğurlar arzu edirik!