“PAŞA Bank” Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş layihəyə start verdi | Banco.az

“PAŞA Bank” Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş layihəyə start verdi

“PAŞA Bank” Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş layihəyə start verdi.

Belə ki, Bank Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Bilim Bakı” mərkəzi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Sosial Xidmətlər Agentliyi ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş birgə layihə həyata keçirib. 

Açılışı 30 mayda baş tutan və 3 gün davam edəcək layihə çərçivəsində, 6-14 yaşlı valideyn himayəsindən məhrum olmuş 143 şagirdə təlim keçiləcək. Təlim zamanı, şagirdlərə 6 istiqamət - riyaziyyat, sahibkarlıq, texnologiya, dizayn, təbiət elmləri və astronomiya sahələri üzrə təməl bilik və bacarıqlar interaktiv və tətbiqi dərs üsulu vasitəsilə çatdırılacaq. Həmçinin, mərkəzdə dəsrlərin hədəflənən keyfiyyətdə keçirilməsi üçün bütün lazımi şəraitlə təmin olunmuş “Deneyap” laboratoriyasında şagirdlərə robotexnika sahəsi üzrə ilkin bilik və bacarıqlar öyrədiləcək. 

Qeyd edək ki, “PAŞA Bank”ın Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində bu növ təşəbbüslərin həyata keçirilməsini gələcəkdə də davam etdirmək niyyətindədir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et