Pandemiya bütövlükdə qlobal sektorda olduğu kimi, Azərbaycanın maliyyə sektoruna da ciddi təsir göstərdi. Bu səbəbdən maliyyə sektorunun özündə müəyyən dəyişikliklərin edilməsi zəruridir. Bunun bir yolu, müştəri xidməti modellərinin rəqəmsal məhsul və xidmətlərə inteqrasiya olunmasına imkan yaratmaqdır.
"PAŞA Bank", illər ərzində Azərbaycanın davamlı iqtisadi inkişafına və cəmiyyətin rifahına xidmət edir. Bankın İdarə heyətinin sədri və üzvləri, həmçinin Texnologiya blokunun rəhbəri "Bloomberg.com" tərəfindən aparılan və təşviq edilən "50 Qlobal Lider" kampaniyası çərçivəsində müsahibə verib, "PAŞA Bank"ın iş modellərinin mahiyyəti, onların müasir şərtlərə uyğunlaşdırması, Bankın ölkəmizin real sektoruna dəstəyi haqqında danışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!